Məqsədimiz dəyişməzdir: məmurlar bütün hallarda xalqın xidmətçisi olmalıdır
Məlum olduğu kimi, Siyəzən rayonu 11 fevral 1940-cı ildə təsis edilib. Lakin 1959-cu ildə ləğv edilərək Şabran rayonunun tərkibinə verilsə də, 1992-ci ildə yenidən Şabran rayonundan ayrılaraq Siyəzən rayon yaradılmışdır.
1999-cu ildən isə şəhərdə bələdiyyə formalaşdırılıb . Ən maraqlı məqam Siyəzən bələdiyyəsinin
özünə məxsus inzibati binaya sahib olan azsaylı bələdiyyələr sırasında
olmasıdır. İnzibati bina 25 il bələdiyyəyə sədrlik edən Azər Babayevin fəaliyyətinin
ilkin dövründə inşa edilib. Hazırda isə bələdiyyənin sədri vəzifəsinə gənc və
perspektivli üzv
Nicat Səmədzadə seçilib. Beləliklə, estafet artıq gənclərə verilib.
Sədrin
bacarıqlı, işgüzar və gənc kadr olaraq az müddət ərzində bələdiyyənin fəaliyyəti
ilə yaxından tanış olması, artıq hər bir məqam barəsində sözünü deməyi bacarması söhbət zamanı bizim də diqqətimizdən
qaçmadı. Artıq cari ildə ikinci dəfə idi
ki, Siyəzən bələdiyyəsini ziayrət edirdim. Hər kəsin iş başında olması və ən əsası
öz işi ilə məşğul olması hər halda bələdiyyədə formalaşan ənənənin davam etdiyindən
xəbər verirdi. Müşahidələrdən belə qənaətə
gələ bilərəm ki, ərazisinə və üzvlərin sayına görə kiçik bələdiyyə olsa da Siyəzən bələdiyyəsinin problemləri
kifayət qədərdir.
Görüşdə bələdiyyənin sədr müavini və bələdiyyə qulluqçuları
da iştirak edirdi. Çox ciddi fikir mübadiləsi aparıldı. Sözsüz ki, fürsətdən
istifadə edib məndə öz təkliflərimi verdim. İki
saata yaxın davam edən müzakirələərdə ciddi məqamlardan danışıldı.
*****
Söhbət
zamanı belə məlum oldu ki, son beş il ərzində bələdiyyə tərəfindən Əmlak Məsələləri
Dövləti Xidmətinin müvafiq qurumlarına ünvanlanan məkrublara, xüsusən də qiymətləndirmə
ilə bağlı rəy məktubunun hər birinə imtina cavabı verilib. Təsəvvür edin
ki, beş ildə bələdiyyə tərəfindən göndərilən
34 rəy məktubuna imtina cavabı verilib. Hətta ərazidə “sürüşmə” aparılması ilə bağlı məqama
da imtina verilməsi heç bir məntiqə sığmır. Bələdiyyə ərazilərinin xəritəsini tərtib
edərkən ƏMDX-nin əməkdaşları tərəfindən yaradılan anlaşılmaz “sürüşmələri” düzəltməyə
niyə maraqlı görünmməmələri təəssüf doğurur. Heç olmasa öz yaratdığınız səhvi düzəldib bir
savab işə imza atsanız nə olardı? Hətta
belə bir vaxtda iki şəhid və qazi üçün
ayrılması nəzərdə tutulan məktublara çox maraqlı cavab verilməsi də hər halda təsadüfü görünmür.
Məktubdan əsas məqamı oxucularında diqqətinə çatdırmaq istərdim:
“Əmlak Məsələləri
Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin məktubuna istinadən
bildiririk ki, ƏMDX-nın torpaqların dövlət
idarəetməsinin təşkili və geodeziya şöbəsi tərəfindən qeyd edilmişdir ki, “Azərbaycan Respulikasının ərazi bütovlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən
edilmiş şəxslərin və şəhid ailələrinin sosial məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər
haqqında“ Azərbaycan Prezidentinin 25 yanvar 2021-ci tarixli 2449 nömrəli Sərəncamının 1.2 bəndinə uyğun olaraq əlavə torpaq sahəsinin
ayrılması üçün vətəndaş ... yaşayış sahəsinə ehtiyacı olan qismində uçota
alınaraq yerli icra hakimiyyəti orqanı tərəfindən Əmək və Əhalinin social
müdafisəi nazirliyinə müraciət etməlidir. Qeyd olunan səbəbdən işin icrası
mümkün olmamışdır.”
Buradan belə bir sual yaranır. Yəni Azərbaycan
Respublikasının 2002-ci il 15 mart tarixli, 274-IIQ saylı Qanunu ilə təsdiq
edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması
və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 13-1.1-ci bəndinə əsasən
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə
iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə,
ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin
tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bələdiyyə tərəfindən bir dəfə pulsuz verilir.
Sual olunur, 2014-cü ilədək münaqişə vəziyyətində olduğumuz vaxtda şəhidlik zirvəsinə ucalan qəhrəman və qazi ailələri nə etməlidirlər? Onlar hansı
siyahıya düşməli idilər. ƏMDX -nın istinad etdiyi hüquqi sənəddə
isə qeyd edilir.
Belə ki, Azərbaycan Prezidentinin 25 yanvar 2021-ci tarixli 2449 nömrəli Sərəncamının
“1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək
yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində
uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin,
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər
və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl
AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin)
yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə
ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar
zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin,
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər
və şəhid ailələri.”
Buradan qeyd edilən rəqəm istər-istəməz sual yaradır.
2014-2023 cü illər arası və bir də 2020-2023 -cü illər dedikdə, ondan əvvəlki
müharibədə və sərhədəyanı bölgələrdə şəhid və qazil olan insanlar yaşayış üçün
torpaq sahəsinin ayrılması sual altında olmalıdırmı?
Bütün hallarda bələdiyyələr
bilavasitə öz ərazisində yaşayan şəhid və qazi ailələrinə ehtiyat fond
torpağından, əgər varsa, qanunla müəyyən edilmiş qaydada pulsuz verməlidir və verirlər. Bu məqam qanunla tənzimlənir. Özü də bir dəfə olmaq şərti ilə. İndiyədək onlarca
bələdiyyə belə bir adımı atıb. Məsələ ondadır ki, bələdiyyə şəhid və qazi ailələrinə
nəzərdə tutduğu sənədi özününküləşdirdiyi
halda ƏMDX-nin müvafiq qurumlarına rüsumları mütləq şəkildə ödəməlidir. Maraqlıdır,
bələdiyyə qanunvericilik qaydasında şəhid və qazi ailələrin torpağı pulsuz
verirsə, bu rüsümunu kim ödəməlidir? Bu
qədər güzəstin tətbiq edildiyi halda ƏMDX özü güzəştə getməsə belə olmazmı bu sənədləri
qanunun tələblərinə
uyğun vaxtda təhvul versin. Olar. Niyə də olmasın.
*****
Maraqlı olan ikinci bir məqam isə tariflərin son illərdə dəfələrlə
artırlmasıdır. Ən diqqətiçəkən məqam isə
Daşınmaz Əmlakın Kadastr və Reyestr Xidmətinin Publik Hüquqi Şəxsə çevrilməsidir.
Yəni PHŞ olaraq xidmət tarifləri müvafiq oalraq Tarif Şurası tərəfindən deyil,
daxili əmrlə özləri müəyən edirlər. Məhz bu qərarın nəticəsidir
ki, çıxarışın alınması əvvəlcə 50, xidmət haqqı 30 manata idisə , sonradan
çıxarışın alınması 125 manat, xidmət
haqqı 70 manata , hazırda isə çıxarışın alınması 125 manatda saxlanılsa da özlərinin
xidmət haqqları 370 manatadək artırmağa nail ola biliblər. Maraqlı məqam
isə 370 manatın hara və necə xərclənməsidir ki, onun haqqında heç kimin
məlumatı yoxdur. Qısası şəffaflığın təmin edilməməsi göz önündədir.
Vəziyyətdə çıxış yolu olaraq Ədliyyə Nazirliyi tərəfindən
16.02.2021-ci il tarixdə bələdiyyələrə şəhid ailələrinin, qazilərin və müharibə
iştirakçılarının müraciətlərinə baxılması zamanı onlara xüsusi həssaslıqla
yanaşılması, müraciətlərində qeyd olunan məsələlərin həlli barədə onlara lazımi
izahat və düzgün istiqamət verilməsinə maksimum səy göstərilməsi ilə bağlı “Vətəndaş
müraciətlərinə baxılmasına xüsusi diqqət və qayğı ilə yanaşılması barədə”
tövsiyə göndərilmişdir.
Tövsiyədə xüsusi olaraq qeyd olunur ki, ərazi bütövlüyümüz
uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə
və şəhid olanların ailəsinə bələdiyyələr tərəfindən pulsuz torpaq sahələri
ayrılması qanunvericilikdə təsbit olunsa da, müvafiq torpaqayırma sənədlərinin
hazırlanması üçün lazımı xərclər “həmin şəxslərin” yəni şəhid və qazi ailələrinin üzərinə düşür.
Həmin Əsasnamənin 20-ci bəndinə əsasən yerquruluşu işləri və
ayrılacaq torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bilavasitə bələdiyyə
qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün torpaq ayrılması hallarında
torpaq sahəsi ayrılması nəzərdə tutulan şəxslərin, digər hallarda bələdiyyənin
vəsaiti hesabına aparılır.
Bu baxımdan, şəhid ailələri və müharibə əlilləri üçün torpaq
sahələri ayrılarkən yerquruluşu işləri, plan və ölçünün hazırlanması xərclərinin
bələdiyyələr tərəfindən ödənilməsi yuxarıda qeyd olunan şəxslərə diqqət və
qayğının daha da artırılması istiqamətində təqdirəlayiq bir addım olar.
Göstərilənlərə əsasən, bələdiyyə büdcəsinin imkanları
daxilində ərazi bütövlüyümüz uğrunda həlak olanların ailəsinə və əlil olmuş şəxslərə
fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılarkən torpaqayırma sənədlərinin
hazırlanması üçün zəruri olan xərclərin bələdiyyələr tərəfindən qarşılanması
barədə məsələnin bələdiyyə iclasının müzakirəsinə çıxarılması tövsiyə edilir.
Bu tövsiyə məktubu əslində ƏMDX -nin rüsumun ödənilməsinin tələbi
ilə bağlı olması göz önündədir. Yəni müvafiq orqan çıxış yolunu bu şəkildə görərək
öz tövsiyəsini verib. Maraqlıdır bəs bu
addıma ƏMDX-nın müvafiq qurumu hansı reaksiyanı verib, ya veribmi? Görünən odur
ki, bir sənədin öz həllini tapması illərlə davam edirsə demək müvaqif qurum vətəndaş
məmnunluğunun təminatında maraqlı görünmür.
*****
Xatırladaq ki, bu günlərdə əməlyyat keçirilən Qaradağ RİH-də həbs
edilənlər sırasında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə
edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini olması da təəcüblü deyildi. Bu son beş ildə həbs
edilən sayca 23 rəsmi şəxsdir,
yanılmıramsa
Beləliklə, hansı nəticəyə gələ bilərik:
1) Prosesin icrasında şəffaqlıq konkret olaraq təmin
edilmir.
2) Sənədləşdirmə işlərinin aylarla və illərlə davam etməsi
ücbatında vətəndaşla – bələdiyyə üz- üzə qalır. Və bu müddətin azaldılması üçün
ƏMDX müvafiq qurumu hər hansı addım atmır, ya buna niyyəti yoxdur, ya da ki
bacarmır. Konkret
3) Belə deyirlər ki, sənədləşdirmə prosesinin onlayn şəkildə
icrasına start verilib. Verilibsə niyə nəticə yoxdur. Niyə qurumun yerlərdəki
idarə və şöbələri ötür-ötür oyununu davam edirir. Niyə prosesin
icrasında bir pəncərə sistemi tətbiq edilmir. Bir vaxtlar bəh-bəhlə
yaradılan Əmlak Xidmətləri Məkanından indi
xəbər belə yoxdur. Axı layihənin icrasına kifayət qədər vəsait xərclənmişdir.
Nə isə….
4) Qiymətləndirmə ilə bağlı məsələlərə əslində ƏMDX -nin
müdaxilə etməsi və bu səbəblə imtina
verməsi, fikrimcə, qanuna da ziddir və
bu addım heç də bələdiyyəyə istəkdən isrəli gəlmir, deyəsən. Nə isə….
*****
Əlavə edim ki, bu bələdiyyədə etdiyimiz müzakirə demək olar
ki, bütün bələdiyyələrdə rast gəlinir.
Ancaq yaxşı məqam ondadır ki, Adminstrasiyanın bələdiyyələrlə
iş sektorunun dəstəyi ilə BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat
sisteminə qoşulması, bələdiyyələrə xidmət göstərən sistemin (BAMS) yenilənməsi,
bu sahədə bələdiyyələrdə şəffaflığın təmin edilməsi üçün həm BAMS-da yeniliklərin
tətbiq edilməsi, həm də elektron bələdiyyə sisteminin istifadəyə verilməsi nəticə
etibari ilə büdcə gəlirlərində cari ildə Siyəzən bələdiyyəsində 18 fazilik artıma səbəb olub.
Bu söhbət zamanı yadda
qalan ən müsbət məqam idi.
Ancaq bütün hallarda
bizim məqsədimiz dəyişməyib. İstər dövlət, istərsə də bələdiyyə məmuru olsun,
onların hər biri ölkə başçısının söylədiyi kimi, xalqın xidmətçisidirlər.
Konkret. Əgər xalqa layiqincə xidməti bacarmırlarsa, onda çəkilsinlər kənara.
Bu gün seçkili orqan olaraq bələdiyyəyə şərait yaratmayıb,
ancaq ondan iş tələb ediriksə, onda bu qurumun problemlərin də
həllinə çalışmalı və hər birimiz öz töhfəmizi verməliyik.
Vüqar Tofiqli
Rəylər
0 Rəy