Şabran bələdiyyə sədri Sincanboyad kəndində sakinlərlə görüş keçirib
Şabran bələdiyyəsinin sədri rayonun Sincanboyad kəndində kənd sakinləri ilə görüş keçirib. Görüş zamanı kənddə mövcud sosial və təsərrüfat sahələrindəki vəziyyət müzakirə olunub.
Sakinlər əsas problem kimi örüş sahələrindən istifadəyə dair müəyyən çətinlikləri səsləndiriblər. Qaldırılan məsələ yerində araşdırılıb, mövcud vəziyyətə operativ şəkildə müdaxilə edilib və həlli istiqamətində konkret addımlar atılıb.
Bələdiyyə sədri həmçinin kəndin əkin və örüş sahələrinə baxış keçirib, torpaqlardan səmərəli istifadənin təmin olunması, kənd təsərrüfatı fəaliyyətinin dəstəklənməsi ilə bağlı tapşırıqlar verib.
Qeyd edilib ki, kənd sakinləri tərəfindən səsləndirilən hər bir məsələ yerində həll olunur və bu istiqamətdə işlər davam etdiriləcək.
Rəylər
0 Rəy