Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-10-2025 , 00:54

796

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Konstitusiya və Suverenlik İli çərçivəsində Şirvan bələdiyyəsi tədbir keçirilib

 Konstitusiya və Suverenlik İli çərçivəsində YAP Şirvan şəhər təşkilatının Şirvan bələdiyyəsi ərazi partiya təşkilatında tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Şirvan bələdiyyəsi ərazi partiya təşkilatının sədr müavini Akif Saqiyev müstəqil Azərbaycan dövlətinin suverenliyi, Konstitutsiyamızın yaranma tarixi və ölkənin sosial-iqtisadi inkişafında oynadığı rol haqqında geniş məlumat verdi. 

Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin birliyimizin və həmrəyliyimizin ifadəsi olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Ulu Öndər Heydər Əliyev strategiyası, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi, müstəqil və düşünülmüş siyasəti, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib.

Daha sonra çıxış edənlər Samirə Abışova, Emin Azadov, Sərraf Əzimov Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu olduğunu bildirdilər.

Bu gün Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər