Konstitusiya və Suverenlik İli çərçivəsində Şirvan bələdiyyəsi tədbir keçirilib
Tədbiri giriş sözü ilə açan Şirvan bələdiyyəsi ərazi partiya
təşkilatının sədr müavini Akif Saqiyev müstəqil Azərbaycan dövlətinin
suverenliyi, Konstitutsiyamızın yaranma tarixi və ölkənin sosial-iqtisadi
inkişafında oynadığı rol haqqında geniş məlumat verdi.
Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin birliyimizin və
həmrəyliyimizin ifadəsi olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqı bu
gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib
dövlətə sahibdir. Ulu Öndər Heydər Əliyev strategiyası, Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi,
müstəqil və düşünülmüş siyasəti, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin
qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz,
suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz
bərqərar edilib.
Daha sonra çıxış edənlər Samirə Abışova, Emin Azadov, Sərraf
Əzimov Konstitusiya dövlətimizin
müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi
dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri
ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali
niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu olduğunu
bildirdilər.
Bu gün Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək.
Rəylər
0 Rəy