Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-10-2025 , 20:58

890

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ağcabədi bələdiyyəsi şəhərin sosial-iqtisadi inkişafına öz töhfəsini verməyi qarşısına məqsəd qoyub

2025-ci ilin sentyabr ayı və ilin ilk 9 ayı ərzində Ağcabədi Bələdiyyəsinin maliyyə göstəriciləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli artım nümayiş etdirmişdir.

2025-ci ilin sentyabr ayında bələdiyyənin ümumi gəlirləri ciddi artım tempi müşahidə olunub. Əmlak vergisi üzrə daxilolma 10.806 manat təşkil etmiş, halbuki 2024-cü ilin eyni ayında bu göstərici cəmi 10 manat olmuşdur. Artım 1080 dəfədən çox olmaqla rekord səviyyəyə çatmışdır. Bu, həm vergi ödəyiciləri ilə sistemli işin aparılması, həm də uçot və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır.

Torpaq vergisi üzrə yığım 2025-ci ilin sentyabrında 10485 manat, 2024-cü ilin eyni dövründə isə 828 manat olmuşdur. Artım 12,6 dəfə təşkil edir. Bu, torpaq sahiblərinin məsuliyyətinin artırılması və bələdiyyə tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin nəticəsidir.

Dayanacaq xidmətlərindən 2025-ci ilin sentyabrında 150 manat gəlir əldə olunmuş, 2024-cü ildə isə bu sahədən heç bir gəlir qeydə alınmamışdır. Bu, bələdiyyə tərəfindən yaradılan yeni gəlir mənbələrinin artıq real nəticə verməyə başladığını göstərir.

Bələdiyyə mülkiyyətinin icarəsindən əldə edilən vəsait 2025-ci ilin sentyabrında 21311 manat təşkil etmişdir. 2024-cü ilin sentyabrında bu məbləğ 2105 manat olub. Artım 10 dəfədən çoxdur. Bu nəticə icarə siyasətində şəffaflıq və səmərəlilik prinsiplərinin tətbiqi ilə bağlıdır.

Cari ilin 9 ayı ərzində Ağcabədi bələdiyyəsinin ümumi gəlirləri 265.817 manat təşkil etmişdir. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm 97900 manat olmuşdur. Ümumi artım 167918 manat və ya 271 faiz səviyyəsindədir.

Təkcə əmlak vergisi üzrə artım diqqətəlayiqdir: 2025-ci ilin 9 ayında 42906 manat, 2024-cü ildə isə 403 manat toplanmışdır. Yəni təxminən 106 dəfə artım qeydə alınıb.

Torpaq vergisi üzrə göstəricilər də müsbət dinamika nümayiş etdirir: 2025-ci ildə 58762 manat, 2024-cü ildə isə 15656 manat. Artım 3,75 dəfə olmuşdur.

Bələdiyyə mülkiyyətinin icarəsindən 2025-ci ildə 137547 manat, 2024-cü ildə isə 46072 manat gəlir əldə olunmuşdur ki, bu da təxminən 3 dəfəlik artım deməkdir.

Torpaq satışından əldə olunan vəsait 2025-ci ildə 25896 manat, 2024-cü ildə isə 35361 manat olmuşdur. Bu istiqamətdə azalma müşahidə olunsa da, ümumi balansda digər gəlir mənbələri hesabına bu fərq tam şəkildə kompensasiya edilmişdir.

Mehmanxana xidmətlərindən hər iki ildə də eyni – 405 manat gəlir daxil olmuşdur.

Ümumilikdə 2025-ci ilin 9 ayı üzrə Ağcabədi bələdiyyəsinin gəlirləri əvvəlki ilin göstəricilərini 271 faiz üstələmişdir. Bu artım, bələdiyyə rəhbərliyinin düzgün maliyyə siyasətinin, idarəetmədə şəffaflığın, vergi yığımında intizamın və vətəndaşlarla əməkdaşlığın bariz göstəricisidir.

Ağcabədi bələdiyyəsi əldə olunan bu nəticələri əsas tutaraq ilin sonuna qədər daha yüksək göstəricilərə nail olmağı və bələdiyyə büdcəsini möhkəmləndirərək rayonun sosial-iqtisadi inkişafına yönəltməyi qarşısına məqsəd qoyur.

İsmayıl Rəsulov

Ağcabədi bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər