Ağcabədi bələdiyyəsi şəhərin sosial-iqtisadi inkişafına öz töhfəsini verməyi qarşısına məqsəd qoyub
2025-ci ilin sentyabr ayı və ilin ilk 9 ayı ərzində Ağcabədi Bələdiyyəsinin maliyyə göstəriciləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli artım nümayiş etdirmişdir.
2025-ci
ilin sentyabr ayında bələdiyyənin ümumi gəlirləri ciddi artım tempi müşahidə
olunub. Əmlak vergisi üzrə daxilolma 10.806 manat təşkil etmiş, halbuki 2024-cü
ilin eyni ayında bu göstərici cəmi 10 manat olmuşdur. Artım 1080 dəfədən
çox olmaqla rekord səviyyəyə çatmışdır. Bu, həm vergi ödəyiciləri ilə sistemli
işin aparılması, həm də uçot və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə
bağlıdır.
Torpaq vergisi üzrə yığım 2025-ci ilin sentyabrında 10485
manat, 2024-cü ilin eyni dövründə isə 828 manat olmuşdur. Artım 12,6 dəfə təşkil
edir. Bu, torpaq sahiblərinin məsuliyyətinin artırılması və bələdiyyə tərəfindən
həyata keçirilən maarifləndirmə tədbirlərinin nəticəsidir.
Dayanacaq xidmətlərindən 2025-ci ilin sentyabrında 150 manat
gəlir əldə olunmuş, 2024-cü ildə isə bu sahədən heç bir gəlir qeydə
alınmamışdır. Bu, bələdiyyə tərəfindən yaradılan yeni gəlir mənbələrinin artıq
real nəticə verməyə başladığını göstərir.
Bələdiyyə mülkiyyətinin icarəsindən əldə edilən vəsait
2025-ci ilin sentyabrında 21311 manat təşkil etmişdir. 2024-cü ilin sentyabrında bu məbləğ
2105 manat olub. Artım 10 dəfədən çoxdur. Bu nəticə icarə siyasətində şəffaflıq
və səmərəlilik prinsiplərinin tətbiqi ilə bağlıdır.
Cari ilin 9 ayı ərzində Ağcabədi bələdiyyəsinin ümumi gəlirləri 265.817 manat təşkil
etmişdir. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm 97900 manat olmuşdur.
Ümumi artım 167918 manat və ya 271 faiz səviyyəsindədir.
Təkcə əmlak vergisi üzrə artım diqqətəlayiqdir: 2025-ci ilin
9 ayında 42906 manat, 2024-cü ildə isə 403 manat toplanmışdır. Yəni təxminən
106 dəfə artım qeydə alınıb.
Torpaq vergisi üzrə göstəricilər də müsbət dinamika nümayiş
etdirir: 2025-ci ildə 58762 manat, 2024-cü ildə isə 15656 manat. Artım 3,75 dəfə
olmuşdur.
Bələdiyyə mülkiyyətinin icarəsindən 2025-ci ildə 137547
manat, 2024-cü ildə isə 46072 manat gəlir əldə olunmuşdur ki, bu da təxminən 3
dəfəlik artım deməkdir.
Torpaq satışından əldə olunan vəsait 2025-ci ildə 25896
manat, 2024-cü ildə isə 35361 manat olmuşdur. Bu istiqamətdə azalma müşahidə
olunsa da, ümumi balansda digər gəlir mənbələri hesabına bu fərq tam şəkildə
kompensasiya edilmişdir.
Mehmanxana xidmətlərindən hər iki ildə də eyni – 405 manat gəlir
daxil olmuşdur.
Ümumilikdə 2025-ci ilin 9 ayı üzrə Ağcabədi bələdiyyəsinin gəlirləri
əvvəlki ilin göstəricilərini 271 faiz üstələmişdir. Bu artım, bələdiyyə rəhbərliyinin
düzgün maliyyə siyasətinin, idarəetmədə şəffaflığın, vergi yığımında intizamın
və vətəndaşlarla əməkdaşlığın bariz göstəricisidir.
Ağcabədi bələdiyyəsi
əldə olunan bu nəticələri əsas tutaraq ilin sonuna qədər daha yüksək göstəricilərə
nail olmağı və bələdiyyə büdcəsini möhkəmləndirərək rayonun sosial-iqtisadi
inkişafına yönəltməyi qarşısına məqsəd qoyur.
İsmayıl
Rəsulov
Ağcabədi
bələdiyyəsinin sədri
Rəylər
0 Rəy