Saatlı şəhərində şəhid ailələri ziyarət olunub
24 sentyabr 2025-ci ildə Saatlı Rayon İcra Hakimiyyəti başçısının tövsiyəsi ilə 27 sentyabr Anım Günü ilə əlaqədar şəhid ailələrinin evinə ziyarətlər edilmişdir.
Bu
barədə məlumatı Saatlı bələdiyyəsindən daxil olub.
Ziyarətdə
Saatlı bələdiyyəsi sədri Aqil Heydərov, Saatlı RİH əməkdaşları, YAP Saatlı
rayon təşkilatı rəsmiləri, Saatlı rayon İƏD nümayəndəsi və Saatlı RMX-nin
direktoru iştirak etmişlər.
Ziyarət
zamanı 44 günlük II Qarabağ müharibəsi zamanı qəhrəmanlıq göstərərək şəhidlik
zirvəsinə ucalmış Hüseynov İsa Sahib oğlu, Həsənli Rəşad Yaşar oğlu, Nəciyev
Xalid Qabil oğlu, İbrahim Elmir Akif oğlu, Məmmədov Anar Zahəddin oğlu, Həsənov
Nahid Hökmran oğlu, Məmmədzadə Kəmaləddin Vüqar oğlunun ailələri ilə səmimi
söhbət edilmiş, valideynlərindən şəhidlərin
göstərdikləri şücaətlər dinlənilmişdir.
Bununla yanaşı şəhid ailələrinin qaldırdığı məsələlərin həlli ilə bağlı addımları atılımışdır.
Belediyye.info
Rəylər
0 Rəy