Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-09-2025 , 20:15

1114

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Saatlı şəhərində şəhid ailələri ziyarət olunub


24 sentyabr 2025-ci ildə Saatlı Rayon İcra Hakimiyyəti başçısının tövsiyəsi ilə 27 sentyabr Anım Günü ilə əlaqədar şəhid ailələrinin evinə ziyarətlər edilmişdir.

Bu barədə məlumatı Saatlı bələdiyyəsindən daxil olub.

Ziyarətdə Saatlı bələdiyyəsi sədri Aqil Heydərov, Saatlı RİH əməkdaşları, YAP Saatlı rayon təşkilatı rəsmiləri, Saatlı rayon İƏD nümayəndəsi və Saatlı RMX-nin direktoru iştirak etmişlər.

Ziyarət zamanı 44 günlük II Qarabağ müharibəsi zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Hüseynov İsa Sahib oğlu, Həsənli Rəşad Yaşar oğlu, Nəciyev Xalid Qabil oğlu, İbrahim Elmir Akif oğlu, Məmmədov Anar Zahəddin oğlu, Həsənov Nahid Hökmran oğlu, Məmmədzadə Kəmaləddin Vüqar oğlunun ailələri ilə səmimi söhbət edilmiş, valideynlərindən  şəhidlərin göstərdikləri şücaətlər dinlənilmişdir.

Bununla yanaşı şəhid ailələrinin qaldırdığı məsələlərin həlli ilə bağlı addımları atılımışdır. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər