Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-09-2025 , 21:42

1071

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran bələdiyyəsinin rəhbərliyi və işçi heyəti Qarabağa səfər edib

"Konstitusiya və Suverenlik" ili çərçivəsində Şabran bələdiyyəsinin rəhbərliyi və işçi heyəti Qarabağa səfər etmişdir. Səfər çərçivəsində Şuşa, Ağdam, Xocalı, Əsgəran və Xankəndi şəhərlərinə ziyarət təşkil olunmuş, tarixi torpaqlarımızın işğaldan azad edilməsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yerində tanış olunmuşdur.
Ziyarət zamanı 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək canından keçən şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad edilmiş, qazilərimizə sağlam və uzun ömür arzulanmışdır.
Qarabağ zəfəri xalqımızın milli birliyinin, ordumuzun qüdrətinin və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli iradəsinin təntənəsidir. Şabran bələdiyyəsinin kollektivi olaraq biz də bu böyük Qələbənin qürurunu yaşayır, ölkəmizin hərtərəfli inkişafı naminə dövlətimizin siyasətinə dəstəyimizi bir daha ifadə edirik.
Şabran bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər