Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-08-2025 , 17:49

2540

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İsmayıl Rəsulov: “Bələdiyyənin  həyata keçirdyi layihələrdən biri də şəhər ərazisindəki qəbrstanlıqlarla bağlıdır”

“Ağcabədi bələdiyyəsi daim sakinlərin yanındadır. Bələdiyyə tərəfindən atılan hər addım, həyata keçirilən hər bir layihədə sakinlərin təklif və tövsiyələri nəzərə alınır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri İsmayıl Rəsulov bildirib.

Sədr qeyd edib ki, bələdiyyənin hazırda həyata keçirdyi layihələrdən biri də şəhər ərazisindəki qəbirstanlıqlarla bağlıdır.  Ərazilərin təmizliyi diqqətdə saxlanılmaqla yanaşı, əraziyə müşahidə kameralarının quraşdırılması, habelə işıqlandırlması ilə bağlı layihələrin icrası da nəzərdə tutulan layihələr sırasındadır.

Bu günlərdə isə bələdiyyə iclasının qərarı ilə şəhər ərazisində olan və bələdiyyəyə təhvil verilən 3 qəbirstanlığın adlandırılması ilə qərar qəbul edilərək qəbirstanlıqların girişindəki dəmir qapıların üzərinə vurulmuşdur.

Ağcabədi bələdiyyəsinin  12 avqust 2025 ci il  qərarı ilə şəhər qəbirstanlıqları bundan sonra belə adlanacaq.

Rus qəbirstanlığı -

1 Saylı Şəhər Qəbirstanlığı.

Üzeyir qəbirstanlığı -

2 Saylı Şəhər Qəbirstanlığı.

Vahidin (Ejəli) qəbirstanlığı -

3 Saylı Şəhər Qəbirstanlığı.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər