Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-11-2025 , 19:35

1195

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Aqil Heydərov: “Bu sosial təşəbbüsün əsas məqsədi şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməkdir”


““Zəfər günü” ilə bağlı   Saatlı bələdiyyəsinin təşkilatçılığı  ilə  bələdiyyənin inzibati binasının ətrafında ağacəkmə aksiyası keçirilib. “8 Noyabr – Zəfər Günü münasibətilə reallaşdırılan aksiya Saatlı bələdiyyəsinin üzv və qulluqçuları və könüllülərin dəstəyi ilə gerçəkləşib”- bu barədə fikirləri adçəkilən bələdiyyənin sədri Aqil Heydərov deyib.

Sədr qeyd edib ki, bu sosial təşəbbüs 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü ərəfəsində şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq təşkil olunub. Həmçinin müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qüdrətinin təcəssümü kimi tarixə düşmüş Zəfər Gününün mənəvi əhəmiyyəti tərənnüm edilib.

Bu çərçivədə Saatlı şəhərinin iqlim şəraitinə uyğun olaraq 100 ədəd müxtəlif növ ağac  əkilib.

Sədr Aqil Heydərov bildirib  ki, əsas məqsəd Zəfər Gününün mahiyyətini və əhəmiyyətini gənc nəslə çatdırmaq, şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməkdir. Layihə onların Vətən uğrunda göstərdikləri qəhrəmanlığı və fədakarlığı təbliğ etməklə yanaşı, rayonun ekoloji mühitinin yaxşılaşdırılmasına və yaşıllaşdırılmasına töhfə verməyi də hədəfləyir.

Belediyye.info 





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər