Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-11-2025 , 00:06

988

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

“Zəfər Günü”nə həsr olunmuş minifutbol üzrə Şabran rayon birinciliyi keçirilib


04–06 noyabr 2025-ci il tarixlərində Şabran şəhər Mərkəzi Stadionunda 8 Noyabr — Zəfər Günü münasibətilə minifutbol üzrə Şabran rayon birinciliyi təşkil olunub. Yarış Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru tərəfindən təşkil edilib.

Çempionatda 2012–2013 və 2014-cü il təvəllüdlü yeniyetmələr iştirak ediblər. Yarışın əsas məqsədi Zəfər Gününün əhəmiyyətinin gənclər arasında təbliği, onların milli vətənpərvərlik ruhunda formalaşdırılması, eləcə də rayonda idmanın kütləviliyinə nail olunması və futbolun gənclər arasında populyarlaşdırılması olub.

Yarışın mükafatlandırma mərasimində Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, Şabran şəhər Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Şabran UGİM-nin direktoru İlqar Məqami, eləcə də məşqçi-müəllimlər və gənc idmançılar iştirak ediblər.

Tədbir zamanı Şabran şəhər Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva gənc idmançılara futbol topları hədiyyə edib, onlara idmanda uğurlar arzulayıb və Zəfər Gününün mənəvi dəyərindən danışıb.

Gərgin və rəqabətli mübarizə şəraitində keçən oyunların yekununda qalib gələn komandalar Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Bu kimi tədbirlər Şabran Bələdiyyəsinin və tərəfdaş qurumların birgə əməkdaşlığı çərçivəsində gənclərin sağlam həyat tərzinə təşviqi, idmanın inkişafı və Vətənə bağlı gənc nəslin formalaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətlərin davamıdır.

Şabran bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər