Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-11-2025 , 22:35

542

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Sədr: “Qonşu bələdiyyələrlə əməkdaşlıq əlaqələri  qurmaqla  həm də bələdiyyənin çəki və nüfuzunu artırmağa çalışırıq.

“Bələdiyyə olaraq əsas məqsədimiz əldə etdiyimiz maliyyə vəsaitini sakinlərin qaldırdığı məsələlərin həllinə yönəltməkdir”- bu fikriləri Belediyye.infoya Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.

Sədrin sözlərinə görə, cari ildə bələdiyyə olaraq onu əhatə edən irili-xırdalı 38 kəndin sakinlərinin qaldırdığı bir çox layihələr icra  edilib.  Az müddət ərzində Taxtalar kəndində küçə işıqlandırılması layihəsi icra olunub. Bununla yanaşı bələdiyyənin əhatə etdiyi Əmirxanlı kənidndə məscidin qarşı tərəfində ziyarətçilərin rahatlığının təmin edilməsi məqsədilə 100 kv.metrdən artıq bir hissə üzlük daşla örtülmüşdür.

Etiraf edək ki, bələdiyyənin inkişafı həm də dayanıqlı maliyyə mənbəyinin yaradılmasından asılıdır. Çətin də olsa biz “Uğur Pirəbədil” MMC -nı təsis etmişik. Artıq MMC fəaliyyətdədir və ilk uğurlara imza atıb. Bu gün bələdiyyə ərazisində görülən işlər məhz bələdiyyə müəssisənin fəaliyyəti sayəsində icra olunur.

Bələdiyyə bununla yanaşı Zəfər gününədək Vətənimizin erməni işğalçılarından azad edilərəkən şəhid olmuş həmyerlilərimizi daim diqqətdə saxlayır. Anım günlərində onların məzarları ziyarət olunur, həmçinin ailə üzvləri ilə görüşlər keçirilir. Şəhid və qazi ailələri ilə keçirilən hər bir görüşdə onların sosial məişət qayğıları ilə də maraqlanılmış və bələdiyyədən asılı olan məsələlər tez bir zaman kəsiyində öz həllini tapmışdır.

Sədr qeyd edib ki, sakinləri narahat edən  bütün məsələlər bələdiyyə iclsında müzakirəyə çıxarılaraq icrası barədə müsbət qərar verilir. Bələdiyyədən asılı olmayan məsələlər isə  icrası üçün müvafiq qurumların dəstəyi ilə icra olunur.

Fəlaiyyətin Şabran RİH-in tövsiyəsinə uyğun qurulduğunu qeyd edən sədr Atabala Şeydayev bildirib ki, qonşu bələdiyyələrlə əməkdaşlıq əlaqələri  qurmaqla  rayon ərazisində bələdiyyənin çəki və nüfuzununu artırmağa çalışırıq. 

Belediyye.info







Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər