Şabran rayonunda "Zəfər Günü”nə həsr olunmuş bilik yarışı keçirilib
8 Noyabr — Zəfər Günü münasibətilə Şabran rayonunda maarifləndirici və vətənpərvərlik ruhunda tədbir keçirilib. Tədbir çərçivəsində müəllimlər arasında “Zəfər Günü”nə həsr olunmuş bilik yarışı təşkil olunub.
Yarış Şabran Bələdiyyəsi, “Çıraqqala” Şabran
Dövlət Tarixi-Mədəniyyət Qoruğu və ETN-Həmkarlar İttifaqının Şabran rayon komitəsinin
birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin məqsədi müəllimlər arasında vətənpərvərlik
ruhunun möhkəmləndirilməsi, Zəfər Gününün tarixi əhəmiyyətinin təbliği və milli
dəyərlərimizin gənc nəslə aşılanması prosesinə töhfə vermək olub.
Yarışda rayonun 1, 2, 3, 4 və 5 nömrəli ümumtəhsil
məktəblərinin müəllim komandaları iştirak ediblər. Komandalar Vətən müharibəsinin
tarixi, qəhrəman şəhid və qazilərimizin igidliyi, dövlət atributlarımız, həmçinin
Azərbaycan ordusunun Qələbə yolu haqqında biliklərini nümayiş etdiriblər.
Maraqlı və gərgin keçən yarışın yekununda M. Nəzirov
adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimlərdən ibarət komandası
yüksək nəticə göstərərək qalib adını qazanıb.
Tədbirin sonunda qalib komanda üzvlərinə və
digər iştirakçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim
olunub.
Qeyd edək ki, “Zəfər Günü” münasibətilə keçirilən bu kimi tədbirlər Şabran rayonunda vətənpərvərlik ruhunun, birlik və həmrəyliyin təbliği, eləcə də təhsil işçilərinin ictimai fəallığının artırılması istiqamətində həyata keçirilən fəaliyyətlərin davamıdır.
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy