Vahid Mirzəyev: “Bələdiyyə bu gün ümidlərini vergi və rüsümlara bağlamamış , dayanıqlı maliyyə mənbələrini yaratmağa çalışır”
“Cəlilabad
bələdiyyəsi özünün inkişaf mərhələsindədir. Bələdiyyə bu gün ümidlərini
vergi və rüsümlara bağlamamış , dayanıqlı maliyyə mənbələrini yaratmağa
çalışır. Bu məqsədlə bələdiyyə tərəfindən “OĞUZ 2025” MMC –təsis edilmişdir.
"Oğuz 2025" MMC-nin yaranması
Cəlilabad Bələdiyyəsinin iqtisadi təşəbbüsü olmuşdur.” Bu fikirləri Belediyye.infoya
adıçəkilən bələdiyyənin sədri Vahid Novruzov deyib.
Sədrin
sözlərinə görə, Cəlilabad Bələdiyyəsinin nəzdində yaradılan “OĞUZ 2025” Məhdud
Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq müxtəlif fəaliyyət sahələri ilə məşğuldur. Bu qurumun
yaradılmasında əsas məqsəd rayonun iqtisadi potensialını artırmaq, yerli
istehsalı genişləndirmək və yeni iş yerləri yaratmaqdır. Həmçinin bələdiyyə
üçün əlavə potensial iqtisadi mənbə
olmuşdur.
Sədr MMC-nin
fəaliyyət sahələri aşağıdakılar olduğunu qeyd edib:
-
Tamet daşı istehsal
-
Təmir və tikinti işləri
-
Abadlıq və yaşıllaşdırma işləri aparmaq, yük
daşıma xidmətləri göstərilməsi
-
Məişət tullantı qablarının istehsalıİşıq dirəklərinin
istehsalı
-
Beton bort daşlarının istehsalı
Bu məqsədlə bələdiyyə mülkiyyətində olan torpaqlardan 1,70
hektar ərazidə “OĞUZ 2025” MMC-nin texnikaları üçün avtoupark və tamet
daşlarının istehsalı üçün sexin inşasına artıq başlanılıb. Müasir standartlara
uyğun inşa olunan bu sahə istehsal proseslərinin yerli səviyyədə həyata
keçirilməsinə və bələdiyyənin öz resursları ilə infrastruktur layihələrini icra
etməsinə şərait yaradacaq.
Sədr
qeyd edib ki, müəssisənin texniki bazasına artıq 1 ədəd Qaz 3307 markalı
xüsusi təyinatlı “Avto
Səbət”, 1 ədəb DAF markalı ağır tonlajlı yükü özü boşaldan
maşın və tamet istehsalı üçün sex alınmışdır. Gələcəkdə müəssisənin
istehsal gücünün artırılması, yeni texnologiyaların tətbiqi və yerli əmək
bazarına töhfə verən yeni iş yerlərinin açılması nəzərdə tutulur.
Belediyye.info
Rəylər
0 Rəy