Fidan Fərzəliyeva: “Vətəndaş qəbullarının düzgün şəkildə təşkili nəticə etibari ilə vətəndaş məmnunluğunun təmin edilməsi deməkdir”
“Ölkə başçısı tərəfindən hər zaman vətəndaş məmnunluğu məsələsi ön planda tutulur. Şabran bələdiyyəsində də bu prinsip gözlənilir, vətəndaş amili daim önə çəkilir” – bui fikirləri Belediyye.infoya Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva deyib.
Sədr qeyd edib ki, vaxtaşırı bələdiyyənin inzibati binasında
və yerlərdə keçirilən görüşlər bunun bariz nümunəsidir: “Bizdə, bələdiyyə olaraq, rəsmilərin qəbul saatı yoxdur. Hər bir vətəndaş bələdiyyənin inzibati binasına
üz tutursa, dərhal akt zalında qəbul olunur, problemi dinlənilir və bələdiyyədən
asılı olan məsələlər dərhal öz həllini tapır. Oktyabr ayında dörd dəfə inzibati binada, iki dəfə isə ərazilərdə
bələdiyyə qulluqçularının iştirakı ilə vətəndaşların qəbulu keçirilib. İnzibati
binada 22 nəfər qəbul olunmuş, dinlənilmiş və bələdiyyədən asılı olan məsələlərin
icrası ilə qərar qəbul edilmişdir. Bununla yanaşı vətəndaşların kəndlərdən
rayon mərkəzinə üz tutması, bunun üçün müəyyən maliyyənin xərclənməsi, vaxt
itkisinə səbəb olması hallarının və bir sıra digər çətinliklərin aradan
qaldırılması məqsədilə qəbulların bəzən səyyar şəkildə keçirilməsi davam
etdirilir. Yəni biz bələdiyyə olaraq seçicilərimizin yaşadıqları ərazilərə gedərək
qəbullar keçiririk. Vətəndaş qəbullarının düzgün şəkildə təşkili nəticə etibari
ilə vətəndaş məmnunluğunun təmin edilməsi deməkdir.”
Sədr daha sonra qeyd edib ki, vətəndaşlar əsasən həyətyanı
torpaq sahəsi, maddi yardım və fərdi yaşayış evinin tikintisinə köməklik göstərilməsi
barədə müraciət edirlər. Müraciətlər sırasında bəzi hallarda verginin hesablanması ilə də bağlı olur.
Bununla yanaşı vətəndaşların qaldırdıqları digər məsələlər yollarının
asfaltlanması, içməli və suvarma suyu, ünvanlı sosial yardımın verilməsinə köməklik
göstərilməsi ilə bağlı olur.
Sədr Fidan Fərzəliyeva qeyd edib ki, vətəndaşların hər birini ayrılıqda dinləyib. Onlara müvafiq izahatlar verilib, proseslərin gedişatı izah olunub. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli istiqamətində aidiyyatı üzrə müəssisə, təşkilat rəhbərlərinə qaldırılan məsələlərlə bağlı müvafiq tövsiyyələr verilir.
Belediyye.info
Rəylər
0 Rəy