Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-10-2025 , 10:53

602

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Mingəçevirdə “Şəhər günü”nə həsr olunmuş “Bələdiyyə Kuboku” mini-futbol yarışına start verildi

Bu gün Mingəçevir şəhər stadionunda “Şəhər günü” münasibətilə təşkil olunan  "Bələdiyyə Kuboku” uğrunda mini-futbol yarışlarının rəsmi açılış mərasimi keçirildi və oyunlara başlanıldı.

Tədbirdə Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış edərək iştirakçılara uğurlar arzuladılar. Onlar gənclərin sağlam həyat tərzinə sadiqliyini və idmana marağın artmasının şəhərin ictimai həyatında mühüm rol oynadığını vurğuladılar.

Turnirdə Uşaq-Gənclər İdman Məktəbinin nəzdində fəaliyyət göstərən futbol komandaları iştirak edir. Yarışın əsas məqsədi — gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və şəhərdə futbolun inkişafına dəstək verməkdir.

Qaliblər sabah — 31 oktyabrda keçiriləcək bağlanış mərasimində Mingəçevir Bələdiyyəsi tərəfindən "Bələdiyyə Kuboku” , medal, diplom və simvolik idman hədiyyələri ilə təltif olunacaqlar.

Məkan: Mingəçevir şəhər stadionu

Tarix: 30–31 oktyabr 2025

Mingəçevir bələdiyyəsi 

Rəylər

1 Rəy

Sevil

01-11-2025, 1 həftə əvvəl

Belə yarışların olması uşaqların idmana olan marağını və həvəsini artırır👏

Cavabla

Rəy yaz

Oxşar xəbərlər