Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-10-2025 , 19:49

1270

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva: “Xumar Cəfərlinin bu  qələbəsi Şabran gənclərinin idmana marağının artmasına böyük töhfə verəcək”

Ölkəmizdə idman siyasətinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva  hazırda bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.

Sədr bildirib ki, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada böyük uğurlar qazanır, Azərbaycanı layiqincə təmsil edirlər. Ölkəmiz dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib.

Bu fikirləri Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva  U-15 nominasiyasi üzrə Avropa çempionatında qızıl medal qazanaraq çempion adını qazanmış Xumar Cəfərli, onun məşqçi-müəllimi Yasəf Quliyevin, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli  və bələdiyyə kollektivinin iştirakı ilə keçirilən görüşdə səsləndirib.

Sədr bu qələbənin Şabran gənclərinin idmana marağının artmasına böyük töhfə verəcəyini vurğulayıb.

Xatırladaq ki, bu günlərdə Şabran rayonunun Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyinin şagirdi, 75 kq çəki dərəcəsində çıxış edən Xumar Cəfərli Budva şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanaraq Avropa çempionu adını qazanıb.

Final görüşündə idmançımız türkiyəli Yağmur Eryurta qalib gələrək zirvəyə yüksəlib. Xumar Cəfərlinin məğlub etdiyi rəqiblər arasında erməni idmançı da yer alıb ki, bu da qələbənin dəyərini daha da artırır.

Şabranda idmanın inkişafına diqqət yetirildiyini və bu qalibiyyətin məhz bu diqqətin nəticəsi olaraq hesab etdiyini qeyd edən sədr Şabran bələdiyyəsi olaraq daim idmanın inkişafına və onun təbliğinə bundan sonra xüsusi diqqət göstəriləcyini bildirib.

Görüşdə  çempionun məşqiçi-müəllimi Yasəf Quliyev, Avropa çempionu Xumar Cəfərli qalibiyyətə gedən yoldan danışaraq görüş iştirakçılarına öz təəsüratlarını bölüşüblər.

Görüşdə iştiak edən  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri  Vüqar Tofiqli Avropa çempionunu və  məşqiçini bu uğur münasibəti ilə təbrik edərək öz tövsiyəsini vermişdir.

Sonda Şabran bələdiyyəsinin sədri  Fidan Fərzəliyeva idmanın inkişafında göstərdiyi xidmətə və qazandığı uğura görə Avropa çempionu Xumar Cəfərlini məşqiçi Yasəf Quliyevi bələdiyyənin “Fəxri Fərman”ı ilə təltif edildiyini bildiirb. Onlara həmçinin görüşdə bələdiyyə tərəfindən qiymətli hədiyyələr də təqdim edilib.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər