Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-10-2025 , 20:36

641

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva: “Bu gun dövlətin qadın siyasəti ilə bağlı xüsusi proqramının olması təqdirəlayiqdir

“Şabran bələdiyyəsində fəaliyyət göstərən Gender komissiyasının növbəti iclası keçirilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Fidan Fərzəliyeva deyib. 

Sədrin sözlərinə görə, tədbir Heydər Əliyev Mərkəzində təşkil olunub və müxtəlif təşkilat və idarələrdən nümayəndələrin iştirakı ilə reallaşıb. İclasdan öncə iştirakçılar mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş stendlərlə tanış olublar. 

Tədbiri giriş sözü ilə bələdiyyə sədri, eyni zamanda Gender komissiyasının sədri Fidan Fərzəliyeva ölkəmizdə gender bərabərliyinin təmin olunması, qadınların ictimai-siyasi, iqtisadi və sosial həyatda fəallığının artırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Fidan Fərzəliyeva qeyd edib ki, bu gun gender bərabərliyinin təmin edilməsi üçün ölkə qanunvericiliyi təkmil sayılır və dövlətin qadın siyasətilə bağlı xüsusi proqramının olması da təqdirəlayiqdir. Hazırda Azərbaycanda qadın hüquqları və gender bərabərliyinə dair 142 sənəd imzalanıb. 1998-ci il yanvarın 14-də Azərbaycan prezidenti "Qadınların rolunun artmasına dair tədbirlər haqqında" fərman imzalayıb, 6 mart 2000-ci il tarixində isə "Dövlət qadın siyasətini həyata keçirilməsi sahəsində ən mühüm istiqamətləri" müəyyənləşdirilib. 2006-cı ildə "Gender bərabərliyinin təmin edilməsi " haqqında qanun qəbul edilib.

MDB məkanında qadın siyasətini həyata keçirilməsi sahəsində ilk və hələlik yeganə dövlət orqanı kimi Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Dövlətin Konstitusiyası da, Ailə və Cinayət-Prosessual Məcəlləsi də qadın hüquqlarının keşiyində dayanır. Bütün bunlar Azərbaycanda gender bərabərliyi sahəsində vəziyyətin de-yure olaraq tələb olunan səviyyədə olduğunu sübut edir.

Hazırda gender məsələləri bələdiyyə sistemində də öz həllini tapıb. Hər bir bələdiyyədə gender komissiyası formalaşıb və fəaliyyətdədir. Mütəmadi olaraq komissiyanın iclasları keçirilir və qaldırılan məsələlər öz həllini tapır. Biz də bələdiyyə olaraq dövlətin bu istiqamətdə apardığı siyəsətə dəstək verməklə, problemlərin həllinə öz dəstəyimizi göstərməliyik.

Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin məsləhətçisi Vəfa Quliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev və digər çıxışçılar cəmiyyətin hərtərəfli inkişafında gender bərabərliyinin mühüm rolundan danışıblar.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən siyasət qadınların ictimai həyatda fəal iştirakına, bərabər imkanların yaradılmasına geniş şərait yaradır.

Tədbir çərçivəsində gender bərabərliyi mövzusunda videoçarx nümayiş etdirilib və müzakirələr aparılıb. Sonda tədbir iştikraçılarını maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər