Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-07-2025 , 17:21

1755

Son xəbərlər

Bütün xəbərlər

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

Büdcə gəlirlərində 25 fazilik artım müşahidə olunub

 (Keşlə Bələdiyyəsinin 2025-ci ilin 6 ayı ərzində görülmüş işlərə dair məlumatı)

Nizami rayonu Keşlə bələdiyyəsi sakinlərdən daxil olmuş müraciətləri, onların istək, təklif və arzularını nəzərə alaraq öz fəaliyyətini bu istiqamətdə həyata keçirir. Qəsəbədə yaşayan şəhid ailələrinin, qazilərin, əlillərin və aztəminatlı ailələrin müraciətləri bələdiyyənin daim diqqətindədir və imkan daxilində onlara bələdiyyə tərəfindən  köməklik göstərilir.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qəsəbədə yaşayan şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin xanımları evlərində ziyarət edilmiş, onlara gül dəstələri və hədiyyələr təqdim olunmuşdur.         1992-ci ildə Xocalı rayonunun Naxçıvanlı kəndində itkin düşmüş və 33 il sonra nəşinin qalıqları  tapılan, 1960-cı il təvəllüdlü şəhid Atayev Atakişi Qəhrəman oğlunun dəfn mərasimi Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında Nizami rayon rəhbərliyi və Keşlə bələdiyyəsinin iştirakı ilə təşkil edilmişdir.

Evində tək yaşayan şəhid anası Semikina Yevgeniya Vladimirovnanın müraciəti əsasında onun yaşadığı evin dam örtüyü bələdiyyə tərəfindən təmir edilmişdir.

 H.Əliyev prospekti 1044 ünvanında yerləşən Şəhid Məmmədov Atamoğlan Əli oğlunun adını daşıyan parkda və onun ətrafında abadlaşdırma işləri görülmüşdür. Şəhidlər xiyabanında və onun ətrafında təmizlik, səliqə-səhman işləri, işıqlandırma sisteminin yenilənməsi, skamyaların rənglənməsi, bayraqların dəyişdirilməsi və digər abadlıq işləri Keşlə bələdiyyəsinin təşəbbüsü ilə həyata keçirilmişdir.

 Bayram günlərində şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi veteranlarına yardım paylanmış, maddi yardıma ehtiyacı olan şəxslərə dəstək göstərilmişdir. Sakinlərdən daxil olan müxtəlif müraciətlər yerində araşdırılır və onların müsbət həll olunması üçün tədbirlər görülür. Qəsəbənin müxtəlif küçələrində gül kolları və bəzək ağacları əkilmiş, eyni zamanda abadlıq və təmizlik işləri aparılmışdır.

Keşlə qəsəbəsində yerləşən 1941–1945-ci illər parkı sakinlərin əsas istirahət yerlərindən biridir. Hər gün yüzlərlə sakin bu parkda istirahət edir, uşaqlar və böyüklər üçün quraşdırılmış idman qurğuları və yelləncəklərdən istifadə edirlər. Parkın abad saxlanılması – gül və bəzək kollarına qulluq, ağacların budanması, skamyaların yenilənməsi və ümumi təmizlik işləri Keşlə bələdiyyəsi tərəfindən mütəmadi şəkildə həyata keçirilir.

Keşlə bələdiyyəsinin 6 ay ərzində büdcə gəlirləri 135.148 manat olmuşdur ki, bu da ötən illə müqayisədə 25 % artım deməkdir.

Keşlə bələdiyyəsində sakinlərlə keçirilən görüşlər zamanı qaldırılan məsələlər və sosial problemlər bələdiyyə iclaslarında müzakirəyə çıxarılır. Bu məsələlərin həlli istiqamətində bələdiyyə üzvləri tərəfindən təkliflər hazırlanır və müvafiq qərarlar qəbul olunur.

2025-ci ilin ilk altı ayı ərzində Keşlə bələdiyyəsində ümumilikdə 30 iclas keçirilmiş, 80 məsələ gündəlikdə yer almışdır. Bu məsələlər əsasən sosial rifah, abadlıq, vergi və büdcə gəlirləri ilə bağlı olmuşdur. İclaslar protokollaşdırılmış, qaydaya müvafiq şəkildə Bələdiyyələrlə İş baş idarəsinə göndərilmişdir. Bundan başqa təhlükə yaradan, qəzalı vəziyyətdə olan ağacların kəsilməsi ilə əlaqədar olaraq tərəfimizdən qəsəbədə müxtəlif ünvanlarda yaşayan Keşlə qəsəbə sakinlərinin  müraciətləri, həmçinin müxtəlif  təşkilatların məktubları əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi alındıqdan sonra bələdiyyə iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilmiş və qərar icra olunması üçün tərəfimizdən  11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciətlər edilmişdir.

Vergi xidmətinin işinin təkmilləşdirilməsi və bələdiyyə büdcəsinin gəlirlərinin artırılması məqsədilə BAMS proqramının (Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi) imkanlarından aktiv şəkildə istifadə olunur. Eyni zamanda, SMS bildiriş xidməti vasitəsilə vətəndaşlara məlumatlar göndərilir, vergi müfəttişləri tərəfindən qəsəbə sakinləri arasında maarifləndirmə işləri aparılır.    

Keşlə bələdiyyəsi gələcək fəaliyyətlərində də vətəndaşların etimadını doğrultmağa, onların sosial rifahının yaxşılaşdırılması və qəsəbənin inkişafı istiqamətində səmərəli addımlar atmağa davam edəcəkdir.

  Keşlə bələdiyyəsi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər