Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-07-2025 , 14:00

1672

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Günel Ağayeva: " Hər bir vətəndaşın müraciətinə bələdiyyə iclasında diqqətlə yanaşılır"

"Hazırda birləşdirmədən sonra  Nohurqışlaq bələdiyyəsi ciddi şəkildə fəaliyyətə başlayıb" - bu fikirləri Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva bildirib.

Sədrin sözlərinə görə, sakinlərlə mütəmadi olaraq görüşlər keçirilir, onlara həm  vergilərinin ödənişi ilə bağlı öhdəliklərinin vaxtında ödənməsi izah verilir, həm də bələdiyyənin əldə etdiyi vəsaitin hara xərcləməsi barədə məlumatlar verilir. 

Bu günlərdə keçirilən görüşlərdə qaldırılan məsələlərdən biri də kəndin ərazisində olan artezian quyusunun ətrafının bağlanılması ilə bağlı idi.  Bələdiyyə iclasının qərarı ilə artıq dəmir lövhələr vasitəsi ilə ərazi bağlanılmışdır.

Bələdiyyə bu günlərdə həm də qazi Bəhram Nuriyevə və Orxan Allahverdiyevə  maddi yardım göstərməyi də unutmayıb.

Sədr qeyd edib ki, hər bir vətəndaşın müraciəti bələdiyyə iclasında ciddi şəkildə müzakirə edilərək həlli barədə qərar qəbul edilir. Məqsədimiz vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəmizi verməkdir.

Xatırladaq ki, birləşdirmə zamanı Tüntül bələdiyyəsi Nohurqışlaq bələdiyyəsinə birləşdiirlib.

Belediyye.info