Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-01-2025 , 00:53

2086

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin rəqəmsal texnologiyalardan istifadə imkanları genişlənir


Texnoloji proseslərin qloballaşdığı müasir dövrdə təqdirəlayiq haldır ki, ölkəmizdə də rəqəmsal texnologiyaların imkanlarının dövlət idarəetmə sistemində tətbiqi ilə bağlı çoxsaylı işlər görülüb, informasiya cəmiyyətinin formalaşdırılması ən dinamik inkişaf edən sahələrdən birinə çevrilib, bu istiqamətdə böyük uğurlar əldə edilib.

Bələdiyyələrin fəaliyyətində müasir texnologiyalardan və internetdən istifadənin genişləndirilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

Bələdiyyələrdə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi məqsədilə görülən tədbirlər nəticəsində kompüter avadanlığı ilə təmin olunmuş bələdiyyələrin sayı 84%-dək (2020-ci ildə - 947, 2021-ci ildə - 1044, 2022-ci ildə - 1103, 2023-cü ildə - 1209), internetə çıxışı olanların sayı isə 84%-dək (2020-ci ildə - 890, 2021-ci ildə - 1002, 2022-ci ildə - 1087, 2023-cü ildə - 1206) artıb.

Bir sıra bələdiyyələr tərəfindən hesabatlılığın təmin olunmasında nöqsanlara yol verilməsi, o cümlədən əhali ilə kommunikasiyanın təmin edilməsi, informasiya xidmətinin təşkili, ictimai informasiyanın açıqlanması sahələrindəki çatışmazlıqlar nəzərə alınaraq yerli özünüidarəetmə fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsi məqsədilə sosial şəbəkələrdə fəallığın artırılması ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə tövsiyələr göndərilib.

62 Bələdiyyə Sədrlərinin Əlaqələndirmə Şurasının “facebook” səhifələri yaradılıb, həmçinin 200-ə yaxın bələdiyyənin ayrıca “facebook” səhifələri mövcuddur.

Bələdiyyələrin fəaliyyətinə metodoloji yardım tədbirləri çərçivəsində bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi üçün onların fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə müxtəlif dövrlərdə seminarlar təşkil olunub. Habelə bu mövzuda müvafiq tövsiyələr hazırlanaraq istifadə üçün bütün bələdiyyələrə göndərilib.

Yerli özünüidarəetmə fəaliyyətinin səmərəliliyinin artırılması, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması, habelə yerli əhəmiyyətli məsələlərin həllində onların fəaliyyətinin genişlənməsinə, yerli sakinlərin məmnunluğunun təmin edilməsinə və dövlətin yerli problemlərin həlli sahəsində yükünün azalmasına şərait yaradılması məqsədilə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 5 aprel 2024-cü il tarixli Qanunu qəbul edilib. Həmin dəyişikliklərlə ölkə üzrə fəaliyyət göstərən bələdiyyələrin sayı birləşmə nəticəsində 1606-dan 685-ə endirilib.

Bələdiyyələrin birləşməsi kompüter avadanlığı ilə təmin olunmuş və internetə çıxışı olan bələdiyyələrin sayını artıraraq onların xidmətlərinin rəqəmsallaşdırılmasına şərait yaradır.

Bələdiyyələrlə iş baş idarəsi

10 yanvar 2025


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
817

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
677

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1108

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1029

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
689

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
704

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
843

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
740