Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-01-2025 , 12:59

2416

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bu qurumun fəaliyyəti sayəsində bələdiyyələrin vergi daxilolmalarının həcmi  61 faizədək artıb

“Ölkə bələdiyyələrinin vergi daxilolmalarının həcmi ötən il 21 faiz artıb”- bu məlumat Belediyye.infoya  Azərbaycan Milli Bələdiyyə Assosiasiyalarından daxil olub. 

Məlumatda qeyd edilir ki, bu artım son illərdə Azərbaycan Milli Bələdiyyə Assosiasiyasının təşkilatçılığı ilə Bələdiyyələrin Avtomatlaşdırılmış Sisteminin təkmilləşdirilməsi nəticəsində tətbiq edilən yeniliklər, habelə BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi sayəsində əldə olunub. 

Cari ildə bələdiyyə tərəfindən tətbiq edilən SMS-bildiriş sisteminin mərkəzləşdirilmiş şəkildə BAMS üzərində tətbiqi nəticəsində bələdiyyələrin maliyyə israfçılığının müəyyən mənada qarşısını almış olacaq. 

Habelə tədiyə bildirişlərində “QR kod” sisteminin tətbiq edilməsi həm də vergi ödəyicilərini rahat şəkildə vergiləri ödəməyə təşviq etməkdədir. Az müddət ərzində bu tətbiqdən yararlanan vergi ödəyicilərinin sayı artmaqdadır.

 Azərbaycan Milli Bələdiyyə Assosiasiyasından onu da bildiriblər ki, cari ildə bələdiyyələrin büdcə gəlirlərinin artması ilə bağlı daha bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulub. Artıq bəzi layihələrin test rejimində sınaqları keçirilir. 

Əlavə edək ki,  məhz assosiasiyanın fəaliyyətinin nəticəsində 2021-ci illə müayisədə 2024-ildə bələdiyyələrin vergi daxilolmalarının həcmi  61 faizədək artıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
935

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
821

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
769

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
616

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
808