Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-11-2024 , 22:56

1345

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Quba rayonunda ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub


22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Quba Rayon Məhkəməsinin sədri və Xaçmaz regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülmüşdür.

Peşə bayramı günü ilə əlaqədar  Quba Rayon İcra Hakimiyyətində Quba Rayon Məhkəməsinin sədri,  rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Xaçmaz regional ədliyyə idarəsinin və Quba rayonu yerli ədliyyə qurumlarının kollektivlərinin iştirakı ilə görüş keçirilmişdir.

Ədliyyə işçilərini təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı  vurğulamışdır ki,   zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsi  Ulu öndər Heydər Əliyevin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq,  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni nailiyyətlərə və uğurlara imza atır.

Tədbirdə Xaçmaz regional ədliyyə idarəsinin rəisi Qədir Paşayev  çıxış edərək  Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğını qeyd etmiş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə  davamlı tərəqqinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğu vurğulayaraq, ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan minnətdarlıq hissi ilə danışmışdır.

Tədbirin sonunda Quba RİH- başçısnın müvafiq sərəncamı ilə fəaliyyətində fərqlənən ədliyyə işçiləri  Quba RİH-in  “Fəxri fərman”la təltif edilmişlər.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
601

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
766

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1087

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1003

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
794