Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-06-2024 , 11:23

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

QHT Qax rayonunda növbəti görüş keçirib


QHT Qax rayonunda növbəti görüş keçirib

Xəbər verdiyimiz kimi, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi”  mövzusunda layihə həyata keçirir. Layihə çərçivəsində  QHT-nin növbəti  görüşü Qax rayonu Qaxbaş bələdiyyəsinin  üzv və qulluqçularının iştirakıyla  Qaxbaş bələdiyyəsinin inzibati binasında keçirilib. Bu barədə məlumatı ictimai birliyin sədri Vüqar Cəfərov  bildirib.

Görüşdə ictimai birliyin sədri bələdiyyənin üzv və qulluqçularına layihə barəsində, həmçinin  büdcə gəlirlərinin artırılması ilə bağlı bələdiyyənin atmalı olduğu addımlardan danışıb,  öz təklif və tövsiyələri barədə məlumat verib.

Layihənin icrası barədə danışan V.Cəfərov vergi ödəyiciləri üçün maarifləndirici bukletin hazırlandığını və digər iki kitabın  (foto albom) üzərində iş getdiyini  qeyd edib.

Qax bələdiyyələrinin ümumi büdcə gəlirində əmlak verginin səviyyəsinin artırlması üçün vətəndaşlarla görüşlərin intensivləşdirilməsi zəruriəti olduğunu, bələdiyyə vətəndaşları əmlaklarını sənədləşdirilməsinə təşviq etməli və bununla bağlı bələdiyyədən asılı olan məsələlərə dəstək verməli olduğunu bildirib.  

Təşkilat sədrinin sözlərinə görə, Qax rayonunda  bələdiyyə-icra münasibətləri rayonda sivil münasibətlər üzərində qurulub.

Qaxbaş bələdiyyəsinin sədri Rəşad Məmmədov və bələdiyyənin sədr müavini Xalid Nəzirov çıxış  edərək

bələdiyyənin fəaliyyətindən, əldə etdiyi uğurlardan və üzləşdikləri problemlərə də toxunub. Bələdiyyənin yaxın günlərdə yeni inzibati binaya köçəcəyini, habelə bələdiyyənin əsas problemi əmlakın sənədləşdirilməsindəki yubanmaların olmasını qeyd ediblər.

Görüş də bələdiyyənin üzv və qulluqçuları çıxış edərək səslənən təklif və tövsiyələrlə  bağlı öz münasibətlərini bildiriblər.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi”  mövzusunda Qax rayonunda formalaşan bələdiyyələrdə  nəzərdə tutulan görüşləri davam edir.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şüvəlan bələdiyyəsindən humanist addım

Gündəlik Xəbərlər
05-03-2024

Yeni nazir kimdir? - Dosye

Gündəlik Xəbərlər
27-02-2024

Yeni ədliyyə naziri təyin edildi

Gündəlik Xəbərlər
27-02-2024

Milli Qəhrəman 60 yaşını qeyd edib

Gündəlik Xəbərlər
27-02-2024

İcra hakimiyyətində KORRUPSİYA ƏMƏLİYYATI

Gündəlik Xəbərlər
23-02-2024