Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-03-2024 , 10:01

1937

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Əlfəddin Həsənov: “Əldə etdiyimiz subvensiya Sabunçu bələdiyyəsinin əlavə dayanıqlı maliyyə istiqamətinin yaradılmasına yönəldilib”

“Sabunçu bələdiyyəsində vergi-uçot sistemi müasir standartların tələblərinə uyğun olaraq qurulub və hazırda işlək vəziyyətdədir”- bu fikirləri bələdiyyə qulluqçuları ilə keçirilən görüşdə  adıçəkilən bələdiyyənin sədri Əlfəddin Həsənov bildirib.

Qeyd edək ki, görüşdə həmçinin “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri VüqarTofiqli də iştirak edərək öz fikir və mülahizələrini bildirib.

Görüşdə sədr qeyd edib ki, məhz bu cür sistemli fəaliyyətin nəticəsidir ki, Sabunçu Bələdiyyəsinin büdcə gəlirləri 2019-ci illə müqayisədə üç dəfəyə qədər artmışdır.

Belə ki,  bələdiyyənin büdcə gəlirləri  2019-ci ildə 78 min manat olmuşdursa, bu göstərici ilbəil artaraq  2023-cü ilin  220 min manata çatdırılmışdır. Bu illər ərzində bələdiyyənin ən böyük uğuru isə 2020-ci ilədək bələdiyyənin əvvəl ki illərdən yığılıb qalmış 90 min manatlıq  DSMF borcu borcu bağlanmış, habelə əməkhaqqı ödənişi həyata keçirilmişdir.  

Bununla yanaşı Sabunçu bələdiyyəsi ötən il üçün 153 min manat subvensiya layihəsi icra etmişdir. Əldə etdiyimiz subvensiya Sabunçu bələdiyyəsinin əlavə dayanıqlı maliyyə istiqamətinin yaradılmasına yönəldilib. Həmçinin layihə çərçivəsində  qəsəbə ərazisində olan iki qəbirstanlıqda aparılan abadlıq işlərinə, o cümlədən bələdiyyəyə dayanıqlı maliyyə gəlirlərinin təmin edilməsi üçün məzar daşı sexinin yaradılmasına sərf edilmişdir. Məhz həmin sexin fəaliyyəti sayəsində bələdiyyə büdcəsinə artıq maliyyə vəsaiti daxil olmaqdadır. Otən ilin sonlarında bu rəqəm 2038 manat, cari ilin fevral ayında isə artıq 650 manat təşkil edib. Bələdiyyənin qəbirstanlıqlarda yaratdığı qurumun məzar daşı düzəldilməsiylə yanaşı, həm də həmin ərazilərdə vətəndaşlara əlavə xidmət göstərməklə maliyyə vəsaiti əldə edə bilirlər.    

Artıq qəbirstanlıq ərazilərində kamera quraşdırlımış, hasarlar çəkilmiş, xidməti otaqlar inşa edilmiş, ara yollara asfalt salınmış, ərazilərə su xətti çəkilmişdir. Bu proses bu gündə davam etməkdədir.

Əlavə edim ki, həyata keçirdiyimiz layihələrdə Sabunçu RİH-in dəstəyini hiss edirik.

Sədr bildirib ki, yerli büdcənin gəlirlərinin artımının, davamlılığın və şəffaflığın təmin edilməsi məqsədi ilə mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirilir, bu zaman onlarla maarifləndirmə və təşviqat işləri aparılır.

Bir məqamı əlavə edim ki, bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Bələdiyyələrə yerli (bələdiyyə) vergi və ödənişlərin düzgün hesablanmasında, tam məbləğdə və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə riayət edilməsində metodiki rəhbərlik Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Bələdiyyələrin vergi uçotu bu gün yenilənmiş BAMS üzərində qurulub. Yenilənmiş BAMS proqramı bizə fəaliyyətimiz üçün daha geniş imkanlar açır.

Bələdiyyəmiz tərəfindən sosial məsələlərə, o cümlədən, aztəminatlı ailələrə, xüsusilə şəhid və qazi ailələrinə daha çox diqqət yetirilmişdir. Bundan başqa fəaliyyət dövrümüzdə Sabunçu Bələdiyyəsinin inzibati ərazisində yaşayan  şəhid  və qazi ailələrinə,aztəminatlı və əhalinin həssas təbəqəsinə tərəfimizdən milli bayramlar  və əlamətdar tarixi günlərdə ərzaq sovqatları və maddi yardımlar edilməkdədir.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
435

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Gündəlik Xəbərlər
06-03-2025
464

Emin Əmrullayev professora yüksək vəzifə verdi


Gündəlik Xəbərlər
25-02-2025
507

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Gündəlik Xəbərlər
23-02-2025
614

Elşad Vəliyev Xətai bələdiyyəsinin sədri seçilib 


Gündəlik Xəbərlər
17-02-2025
1070

Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA

Gündəlik Xəbərlər
15-02-2025
1192