Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-06-2024 , 12:35

4351

Son xəbərlər

Bütün xəbərlər

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Bütün hallarda fəaliyyətimiz secicilərimizin məmnunluğunun təmin edilməsinə yönəlib”

 “Bələdiyyələrin bütün fəaliyyəti seçicilərinin problemlərinin həllinə yönəldilir”- bu fikirləri Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Təmraz Tağıyevin sözlərinə görə, hər bir bələdiyyə öz ərazilərində yaşayan şəhid, qazi və aztəminatlı ailələrin sosial-məişət qayğılarıyla maraqlanaraq maddi və mənəvi dəstək göstərməklə, qaldırılan məsələlərin həllinə çalışır.  Bu gün elə bir bələdiyyə yoxdur ki, ərazisində olan  şəhidlərin xatirəsinin əbədiləşdirilməsiylə bağlı layihə icra etməmiş olsun.

“Ancaq bələdiyyə olaraq bir sıra hallarda  şəhid, qazi və aztəminatlı ailələrin qaldırdıqları məsələlərin həllində çətinlik çəkirik. Bu isə əsasən torpaq sahəsinin ayrılmasıyla bağlı olur”- bu fikirləri də Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Bir çox hallarda bəzi vəzifə sahiblərinin də bu prosesə rəvac verərək özlərinin də qoşulması təəssüf yaradır.

Təmraz Tağıyev bildirib ki, hazırda bələdiyyənin mülkiyyətində torpaq sahəsi olmadığından bir çox hallarda vətəndaş  müraciətlərinin həlli mümkünsüz olur.  Həyətyanı sahə ilə təmin edilməsini istəyənlərə demək istərdim ki, paytaxtda ehtiyat torpaq fondu olmadığından və bələdiyyə mülkiyyətinə torpaq fondu verilmədiyindən müraciətlərin həlli qeyri-mümkündür. İstərdik ki, torpaq sahəsinin ayrılmasıla  bağlı bələdiyyəyə müraciət edənlər bu vəziyyəti nəzərə alsınlar.

Bütün hallarda fəaliyyətimiz secicilərimizin sosial rifah halının yaxşılaşdırılmasına  və məmnunluğunun təmin edilməsinə yönəlib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
208

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
459

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
667

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
582

Nazir bu şəhərdə vətəndaşları qəbul edəcək

Gündəlik Xəbərlər
29-10-2025
610