Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-07-2024 , 17:58

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

QHT-nin layihə çərçivəsində növbəti görüşü Gulluk bələdiyyəsində  baş tutub

Xəbər verdiyimiz kimi, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi”  mövzusunda həyata keçirdiyi layihə çərçivəsində   növbəti görüş Qax rayonu Güllük bələdiyyəsində baş  tutub.  

Bu barədə məlumatı ictimai birliyin sədri Vüqar Cəfərov  bildirib.

Sədr bildirib ki, bu görüş QHT-nin layihə çərçivəsində keçirdiyi növbəti görüşdür. Bundan əvvəl Qax, İlisu və Qaxbaş bələdiyyəsində üzv və qulluqçuların iştirakıyla keçirilib.

Qax Bələdiyyəsinin sədri Eyvaz Orucovun iştirakıyla keçrilən görüşdə ictimai birliyin sədri görüş iştirakçılarına  layihə barəsində ətraflı məlumat verib. Təşkilat rəhbəri layihənin əsas məqsədinin  bələdiyyə idarəçiliyini təkmilləşdirmək və idarəetmə keyfiyyətini yüksəltmək, habelə bələdiyyə-vətəndaş, bələdiyyə-icra münasibətlərinin  tənzimlənməsiylə bağlı yeni mexanizmləri müzakirə etməkdən ibarət olduğunu qeyd edib.

Görüşdə Güllük bələdiyyəsinin sədri Fərrux Qumaşov bələdiyyənin cari il ərzində fəaliyyətinə toxunaraq, torpaq, əmlak və icarə haqqlarında əldə edilən vəsaitin əvvəlki illərlə müqayisədə xeyli artdığını və irəliləyişə əsasən kollektivin birgə fəaliyyəti nəticəsində nail olunduğunu bildirib.

Ötən il ərzində kəndarası yollara çınqıl tökülərək yayılması həyata keçirilmiş, şəhidlərin əziz xatirəsinə həsr olunan abidə ucaldılmış və əldə olunan maliyyə vəsaitiylə aztəminatlı ailələrlə maddi və mənəvi dəstək göstərilmişdir.  

Hazırda bələdiyyənin üzləşdiyi əsas problem bələdiyyə mülkiyyətinin sənədləşdirilməsiylə bağlıdır.

Sədr daha sonra qeyd edib ki, bələdiyyə mülkiyyətindən səmərəli istifadə edilməsi üçün  bələdiyyə var qüvvəsiylə çalışır. Bununla yanaşı vergi xidmətinin əməkdaşları  bələdiyyənin büdcə gəlirlərinin sabit saxlanılması və artırılmasına daim çalışır. 

Görüşdə layihə çərçivəsində bələdiyyənin təsis edilməsinin 25 illiyinə həsr olunan  kitabların (foto-albomlar) forma və məzmunu barəsində geniş müzakirələr aparılıb. 

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və iştirakçılara  layihə çərçivəsində hazırlanan buklet paylanılıb.

 “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi”  mövzusunda növbəti görüş rayonun Ləkit bələdiyyəsində olacaqdır.

 “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024

Bələdiyyə sədri həbs edildi

Gündəlik Xəbərlər
12-06-2024

Nazir rəisi işdən çıxardı

Gündəlik Xəbərlər
12-06-2024

ÜÇ SUAL ÜÇ CAVAB -soruşun cavab verək

Gündəlik Xəbərlər
05-06-2024