Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-02-2024 , 10:16

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Milli Qəhrəman 60 yaşını qeyd edib

Haqqında danışacağımız şəxs  I Qarabağ müharibəsinin fəal  iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədovdur.  Müharibə qəhrəmanı 25 fevral 1964-cü ildə Qərbi Azərbaycanın Uluxanlı rayonunun Yuxarı Necili kəndində anadan olub. 1981-ci ildə orta məktəbi Bakı şəhəri, Bakıxanov qəsəbəsindəki 96 saylı məktəbdə  bitirərək hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vuran Sahil Məmmədov 1983-cü il SSRİ DİN-nin Ali Siyasi Məktəbinə daxil olur. 1987-ci ildən Ukraynada xidmətə başlayır. 1992-ci ildə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavözkar siyasətinə qarşı biganə qala bilmir və Azərbaycana qayıdaraq hərbi polis alayında rota komandiri kimi xidmətə başlayır.

Sahil Məmmədovun rəhbərlik etdiyi bölük Birinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndlərində düşmən təxribatlarının qarşısının alınmasında fəal iştirak edir. Qazançı kəndinə ermənilərin hücumu zamanı Sahil Məmmədov və onun tabeliyindəki əsgərlər  şücaət göstərmişdilər. Erməni silahlı dəstələrinin intensiv raket və top atəşi ilə müşayiət olunan döyüşlər zamanı Sahil Məmmədovun yanında mərmi partlamış və o, sağ qolundan və sağ ayağından ağır yaralanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Məmmədov Sahil Ələmdar oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Müharibə əlili kimi hərbi hissədən tərxis olunduqdan sonra, 1994-cü ildən Daxili İşlər Nazirliyinin Pasport, Viza və qeydiyyat idarəsində məsul vəzifələrdə çalışmışdır. Hazırda təqaüddədir.

Beləliklə,  25 fevralda Milli Qəhrəmanımızın 60 yaşı tamam olub. İlk dəfədir ki, polkovnik-leytenant ad gününü ərazi bütovlüyümüzün tam şəkildə bərpa edildiyi bir vaxtda  ürəkaçıqlığı ilə qeyd edir.

Bu münasibətlə  Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev Milli Qəhrəman Sahil Məmmədovla görüşərək onu təbrik etmişdür. Görüşdə Milli Qəhrəmanın döyüş yoluna toxunan sədr ona  sağlıqlı illərlə xalqımızın xidmətində bundan sonra da fəxr və qürur hissiylə dayanmağı arzulamışdır. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024