Şəxsiyyət
Bu gün onun günüdür. O insanın ki, beş il ərzində bələdiyyə sahəsində islahatlar aparmaqla yenilklərə imza atmağı bacarıb.
Söhbət
çoxsaylı layihələri həyata keçirməklə, rəhbərlik etdiyi kollektivi bir yumruq şəkildə
birləşdirməklə, qarşıya qoyulan məqsədə nail olmağı bacaran, rəhbərlik etdiyi bələdiyyənin
əvvəlki illərdə yığılıb qalmış neqativi aradan qaldırmaqla, ölkənin birinci şəxsinin
verdiyi səsin məsuliyyətini dərk edən Səbail Bələdiyyənin sədri Hacı Əliyevdən
gedir.
Əlavə edim ki, az vaxt ərzində tanıdığım Hacı Əliyevin bələdiyyə sahəsində belə dəyişikliyə nail olmasının bir səbəbi də onun illər boyu insanlarla işləməsi olub.
Dəyərlərə
daim hörmətlə yanaşan, ətrafındakı
insanlara mənəvi qida verməyi bacaran, əldə etdiyi təcrübəni ürəklə,
qısqanmadan gənclərə paylaşan Hacı müəllimin həm də “yeddi arxa dönənini” tanıması
da əsas rol oynayıb. İş ondadır ki, bu gün yalnız öz söy-kökünü tanımaqla, ona
bağlı olanlar cəmiyyətdə Hacı müəllim kimi nüfuz sahibi ola bilirlər.
Yeri
gəlmişkən, bu gün Hacı müəllim də özünün
yeddinci onilliyinin hesabatını verir. Görünən
odur ki, ötüb keçən illərə baxanda onun hədər yerə yaşamadığının biz də şahidi
oluruq.
Haqqında saatlarla danışmaq, səhifələrlə yazmaq olar. Ancaq bu gün bir sözlə onun fəaliyyətinə qiymət vermək olar: şəxsiyyət.
Bəli, bu gün bələdiyyə sisteminin də belə şəxsiyyətlərə
çox ehtiyacı var.
Belə
bir əziz gündə dəyərli insana ancaq sağlam həyat arzulamaqla, bələdiyyə
sisteminə daha böyük töhfələr verməyi arzu edirəm.
Hörmətlə
Vüqar Töfiqli.
Rəylər
0 Rəy