Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-02-2024 , 08:42

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Nərmin Mehdiyeva: “Yenilənmiş BAMS proqramının tətbiqi büdcə gəlirlərini 70 faizədək artıracaq”

“Sumqayıt Bələdiyyəsində əmlak vergisinin səmərəli yığımı üçün hansı addım atılır? Bu suala aydınlıq gətirən bələdiyyənin sədr müavini Nərmin Mehdiyeva Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyələrin əsas maliyyə istiqamətlərindən biri də fiziki şəxslərdən alınan əmlak vergisidir.  Vətəndaşların mülkiyyət sənədini təqdim etməkdən imtina etmələri əmlak vergisi ilə bağlı son illərdə qarşılaşdığımız əsas problem olub. Bu problemin həllində etriaf edək ki, xüsusəndə Prezident Adminstrasiyasının, o cümlədən  Ədliyyə Nazirliynin müvafiq qurumlarının birgə həyata keçirdiyi layihələr nəticə etibariylə bələdiyyə sistemində canlanma yaradıb. 

Belə ki, Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) təkmlilləşdirilməsi və bu sistemin Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun ciddi dəstəyi ilə Əmlak məsələləri Dövlət Xidmətinin bazasına inteqrasiya edilməsi bələdiyyələrin büdcə gəlirlərinin artmasına əsaslı şəkildə təsir edəcək. Bu prosesin icrasında Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının və  “Bələdiyyələrin onlayn xidməti mərkəzi” nin xüsusi rolu olub. Belə ki, sistemə daxil olmaqla vətəndaşın əmlakı barədə bütün məlumatı əldə edərək, vergi ödəyicisinin əmlak vergisi borcunu müəyyən edərək bildiriş göndərilir. Yeni sistemin tətbiqi bələdiyyə büdcəsinə kifayət qədər vəsaitin daxil olmasına imkan yaradıb. Bütün hallarda vergi ödəycilərlə görüşlərin keçirilməsi, onlarla izahat işlərinin aparılması bələdiyyənin vergi xidməti orqanının əsas fəaliyyət istiqamətlərindəndir. Bu cür görüşlərin mütəmadi olaraq təşkili nəticə etibaryılə büdcə gəlirlərinə də ciddi  şəkildə  təsir edir. 

Qeyd edək ki, 2022-ci illə müqayisdədə 2023 -cü ildə Sumqayıt Bələdiyyəsinin əmlak vergisinin yığımında 30 faiz artım olub. Sistem son 6 ay ərzində işlək vəziyyətə salınıb. Biz əminik ki, 2024 -cü ildə BAMS vasitəsiylə çıxarışların alınmasını tam təmin etsək, cari ildə büdcə gəlirində  təxminən 60 -70 faiz artım  olacaq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024