Bələdiyyə sədri: “Qəbələ RİH yaxından dəstəyi ilə Tüntül bələdiyyəsi Yengicə kəndində yolun dağılan hissəsində bərpa işləri aparılıb”
“Tüntül
bələdiyyəsi təbbi fəlakətin yaratdığı problemlərin həllinə ciddi şəkildə çalışır”- bu fikirləri adıçəkilən
bələdiyyənin sədri Günel Ağayeva bildirib. Sədrin sözlərinə görə, bu günlərdə ərazidən
keçən Dəmiraparan çayının kəndin ərazisindən keçən hissəsində yolun dağıtması nəticəsində
yaranan ciddi problem az bir zaman kəsiiyndə öz həllini tapıb. Qəbələ RİH
yaxından dəstəyi ilə bələdiyyə Yengicə kəndində yolun dağılan hissəsində bərpa
işləri aparılıb. Gediş-gəliş bərpa edilib.
Hazırda bələdiyyə ərazidə selin və təbbi fəlakətin yarada biləcəyi hadisələrin qarşısının alınmasını nəzarətdə saxlamaqdadır.