Vəndam bələdiyyəsinin ““Yaşıl dünya naminə həmrəylik ili”nə ilk töhfəsi
““Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Vəndam bələdiyyəsi tərəfindən məişət tullantılarının yığılması üçün alınmış 100 ədəd tullantı qabları (urnalar) qəsəbənin küçələrinə yerləşdirilmişdir”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu Vəndam bələdiyyəsinin sədri Asif Həşimov bildirib.
Sədrin sözlərinə görə, bələdiyyə hər zaman sakinlərin qaldırdığı məsələlərin həllinə diqqətlə yanaşır və maliyyə imkanları çərçivəsində həllinə çalışır.
Bu günlərdə sakinlərin qəsəbənin təmizliyi ilə bağlı müraciəti bələdiyyə iclasında müzakirə edilərək müsbət qərar verilmişdir.
Sədr bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə bələdiyyələrdə yaxından iştirak edərək hər biri öz töhfəsini veməyə borcludur.
Qeyd edək ki, ilin sonundək Vəndam bələdiyyəsi bir sıra layihəni icra etməyi nəzərə tutur.
Belediyye.info