Səbail Bələdiyyəsində şəhid ailələrinin xanım üzvləriylə görüş təşkil olunub
8
Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Səbail Bələdiyyəsinin təşkilatçılığı
ilə şəhid ailələrinin xanım üzvləriylə görüş
təşkil olunub.
Görüşdə Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev, sədr
müavini Səmədağa Aslanov, bələdiyyə üzvü Hacı Babayev və Bibiheybət Bələdiyyəsinin
sədri Validə Həsənova çıxış edərək şəhid
ailəsinin xanım üzvlərini təbrik edərək onlara ən xoş arzularını çatdırmışlar.
Tədbirdə
çıxış edən Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev çıxış edərək qadınlara göstərilən
dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən danışıb.
Sədr həmçinin
şəhid ailəsinin üzvlərinin bələdiyyə tərəfindən də daim diqqət mərkəzində
olduğunu bildirib.
Çıxışında
Azərbaycan qadınının tariximizdə oynadığı əvəzsiz rolundan, onların Vətən
Müharibəsində göstərdiyi fədakarlığından, ölkəmizin ictimai həyatına verdikləri
töhfələrdən bəhs edən Hacı Əliyev şəhid
analarını və həyat yoldaşlarını 8 Mart -
Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Gənclərin təlim-tərbiyəsində,
vətənpərvərlik ruhunda yetişməsində Azərbaycan analarının əvəzsiz rolunun
olduğunu qeyd edən bələdiyyə sədri Qarabağımızın işğaldan azad edilməsində qəhrəmanlıq
göstərən şəhidlərimizin heç zaman unudulmayacağını, onların tariximizdə əbədi
yaşayacağını söyləyib.
Sonra çay süfrəsinə qonaq olan xanımlara bələdiyyə tərəfindən hədiyyələr və gül dəstələri təqdim olunub.
Belediyye.info
Rəylər
0 Rəy