Bələdiyyə idarəetməsindəki “yeniliklər”
Bu
gün bələdiyyələrin üzləşdiyi problemlərdən biri də onun struktur olaraq idarəedilməsiylə
bağlıdır. Təəssüf ki, bəzi hallarda bir sıra RİH məmurlarının bələdiyyənin idarəedilməsinə
müdaxiləsi nəticə etibariylə həm də bələdiyyənin nüfüzuna kölgə salır.
Uzun
illər boyu bələdiyyələrin fəaliyyətiylə bağlı apardığımız müşahidələr göstərir
ki, son illər bəzi rayonlarda bələdiyyə sədri seçilsə də, onun səlahiyyətlərini
açıq şəkildə başqa ya vəzifə sahibləri, ya da digər şəxslər idarə edir. “RJU” rəisləri,
vaxtilə “JEK” müdiri olmuş şəxslərlə yanaşı, hətta ali təhsilli həyat yoldaşını
və ya hansısa qohumunu sədr seçdirib özləri idarə edənlərdə az deyil. Bu cür idarəetmə sistemi qurulmuş bələdiyyələrin möhürü də bəzən özlərində
deyil, icra hakimiyyətində, ya da icra nümayəndəliyində olması da artıq məqbul
sayılır.
Bununla
bağlı konkret olaraq Şəki və Abşeron rayonlarında maraqlı, hətta qeyri-adi idarəetmə
sisteminin qurulduğunun şahidiyik.
Onu
da əlavə edim ki, bələdiyyənin sədr və üzvləri yerində olduqları halda bu cür
müdaxilələrə yer qalmır. Ən əsası bələdiyyə ərazisində sakinlər arasında öz
nüfuzunu saxlamaqla, hətta müəyyən irəliləyişə nail ola bilirlər. İstər Bakı şəhərində,
istərsə də elə Abşeron rayonunun özündə belə irəliləyişə nail olan kifayət qədər
bələdiyyələr var. Nə isə...
***
Ötən
il konkret olaraq layihə çərçivəsində dörd rayonda Oğuz, Şəki, Qax və Zaqatala
rayon bələdiyyələrinin sədrlərinin iştirakıyla ilə görüşlərimiz oldu. Bu görüşlərin təşklində
həmin RİH-lərdəki məmurlar yaxından iştirak etdilər. RİH məmurları iştirak etməklə yanaşı, həm də
çıxış edib öz tövsiyələrini verməyi unutmadılar. Açıq etiraf edim ki, mən bu
addımı onlardan gözləmirdim. Əlavə edim ki, həmin görüşlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və regional
ədliyyə idarəsinin rəsmiləri də yaxından iştirak etməklə, həm də bələdiyyə sədrlərini
maraqlandıran suallara da cavab verdilər.
Yəni bir QHT sədri olaraq görüşlərin təşklindən və gedişindən razı qaldım. Hətta
Qax Bələdiyyəsinin sədri Eyvaz Orucovun təşəbbüsü ilə RİH başçısı Musa Şəkiliyevlə
görüşümüz oldu. İcra başçısı ilə görüşdən razı qalmağımın bir səbəbi də siyasi
rəhbərin bələdiyyələrin fəaliyyətini yaxından izləməsi, inkişafına maraqlı
olması və onların qarşılaşdığı problemlərin həllinə səy göstərməsi oldu.
Həmin
görüşlərdə bir çox bələdiyyə sədrlərinin,
xüsusəndə Oğuz, Qax və Zaqatala bələdiyyəsinin sədrlərinin təşəbbüslə çıxış etməsi,
sərbəst şəkildə öz problemlərini dilə gətirməsi
diqqətimdən qaçmadı. Ancaq təəssüf ki, belə aktiv bələdiyyə sədrləriylə yanaşı
işinə qeyri ciddi-yanaşanlarda tapıldı.
Şəki
Bələdiyyəsinin sədrinin ozünün inzibati
binasında keçirilən tədbirə qatılmaması, üstəlik bələdiyyənin çoxsaylı
kollektivinin yalnız bir üzvünün tədbirin gedişi zamanı tədbirdə iştirak etməsi
mənim üçün anlaşılmadı. Bələdiyyə sədri tədbirə bir saat qalmış binada görünsə
də, hətta çıxışa belə hazır olduğunu desə də,
birdən-birə sanki qeybə çəkilməsi həm bizdə, həm tədbirdə iştirak edən rəsmi
şəxslərdə təəccüb yaratdı. Sədrin və kollektiv üzvlərinin bu cür etinasız yanaşmalarına
bu günədək izah tapa bilmirəm.
Belə
görünür ki, Şəki Bələdiyyəsi əvvəlki illərdən fərqli olaraq daha komfortlu
binada fəaliyyət göstərsə də, əvvəlki illərdə formalaşmış çəkisini saxlaya bilməyib.
Şəhər sakinləri ilə söhbətdən sonra bələdiyyənin idarəetməsində tətbiq edilən
yenilikdən xəbərdar olduqlarını, ən əsası üçüncü mərtəbədə yerləşən bələdiyyənin
binanın ikinci mərtəbəsindən idarə edildiyini dilə gətirmələrindən sonra daha təəccüblənməyə
ehtiyac qalmadı. Nə isə...
***
Xəbər
verildiyi kimi, bu günlərdə Abşeron RİH-də daha bir “uğurlu” əməliyyat
keçirilib. Bu əməliyyat nə narkotiklə,
nə də hansı dələduzluqla deyil, rüşvətlə bağlı olub. Bu eyni bir baş idarənin
rayonda, daha doğrusu RİH-də, mən bilən, keçirdiyi üçüncü əməliyyatdır. Özü də
sön üç il ərzində.
Əgər
o idarənin əməkdaşları bir qədər də irəli
gedib digər otaqları da ziyarət etmiş olsaydı bəzi bələdiyyələrin
möhürünü tapacağına heç təəccüblənməzdim. Niyə? Ona görə ki, rayonda bəzi bələdiyyələrin
idarəetməsi elə səviyyədə təşkil edilib ki, sədr seçilən şəxsin hər hansı səlahiyyəti
belə yoxdur. Hətta öz kreslosunda oturmaq üçün RİH “emissarın”dan icazə almalı
olduğu deyilir.
Bu
mövzu ilə əlaqəli müəyyən araşdırmalarımız var.
Onu əlavə
edim ki, bu ənənə hələ sabiq xanım siyasi rəhbərin dövründən formalaşıb və ənənə
bəzi məmurlara sərf etdiyindən onu yaşatmaq istəyində olublar.
Maraqlıdır,
Masazır, Qobu, Məhəmmədi, Hökməli və digər bələdiyyələrdə tətbiq edilən idarəetmə
sistemi hansı təcrübəyə əsaslanıb. Bu cür
idarəetmə texnologiyasına beynəxalq təcrübədə rast gəlinirmi? Belə
qeyri-adi və unikal idarəetmə tətbiq etməklə RİH rəsmiləri nəyə nail olmaq istəyir? Və yaxud RİH tərəfindən tətbiq edilən bu “yenilik”lər həmin
bələdiyyələrin fəaliyyətinə nə kimi təsiri olub?
Və
yaxud sual olunur məmurların bələdiyyələrə öz yaxınlarını işə qəbul etdirməsi nə
qədər vaxtadək davam edəcək. Belə söylənilir ki, bu gün hər bir bələdiyyədə siyasi rəhbərin, o cümlədən RİH məmurlarının
hansısa yaxını bu və ya digər vəzifəyə təyinat alıb. Və ən əsası təyin edilən şəxslərin
üzlərini bələdiyyələrdə görən olmayıb. Hər halda bu məqam ehtimal olsa da həqiqətə daha yaxındır.
Düşünürəm ki, müvafiq orqanlar bu yazıda qaldırlan məsələlərə öz münasibətlərini
bildirəcəklər.
Nə isə...
***
Adları
çəkilən bələdiyyənin sədrlərinə müraciət edərək qeyd etmək istərdim ki, hansısa
məmurun əlində oyuncağa çevrilməyin, ayıbdır. Bu itaətkar addımınızla həm də bütün sistemə
kölgə salırsınız. Hansısa problemlə üz-üzə qalanda, o vəziyyətlə üz-üzə
qoyanlardan heç kim sizi xilas etməyəcək. Belə məqamda icra başçısını məhkəməyə verən Gəgəli
bələdiyyəsinin təcrübəsindən yararlanmağa dəyər.
Yenə “nə
isə”ni yazmaq məcburiyyətindəyəm.
***
Yekun
olaraq əlavə edim ki, bütün hallarda sədr seçilən bələdiyyə üzvləri hər bir
addımlarıyla bələdiyyə sisteminə işıq saçmaqla yanaşı təəssüf ki, kölgə də sala
bilirlər.
Bu
gün Səbail, Yasamal, Xətai, Nəsimi, Sabunçu Gəncə, Qax şəhər və rayonlarında
icra-bələdiyyə münasibətləri təcrübəsi yayıla biləcək bir səviyyəyə çatsa da, bəzən
bu cür məqamlar istənilən halda həm sakinlərdə, həm də bələdiyyə üzvlərində
narahatlıq yaradır, habelə qarşıdan gələn seçkilərdə bələdiyyələrə olan inam və
etibara ləkə salmış olur.
Güman
edirəm ki, adları çəkilən rayonların siyasi rəhbərləri mövcud vəziyyətə aydnlıq
gətirməklə bələdiyyələrdə yaratdıqları bu cür idarətetməyə son qoyacaqlar.
Nəzərə
alaq ki, bu il seçki ilidir və birləşdirmə
məsələsi də artıq gündəmdədir və yəqin ki, bələdiyyələri bir sıra yeniliklər
gözləyir.
Belə
olan halda bizə isə səbrlə gözləmək qalır.
Vüqar
Tofiqli
Rəylər
0 Rəy