QHT Qax rayonunda növbəti görüş keçirib
QHT Qax rayonunda növbəti görüş keçirib
Xəbər verdiyimiz kimi, “Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin
maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin
təkmilləşdirilməsi” mövzusunda layihə həyata
keçirir. Layihə çərçivəsində QHT-nin növbəti görüşü Qax rayonu Qaxbaş bələdiyyəsinin üzv və qulluqçularının iştirakıyla Qaxbaş bələdiyyəsinin inzibati binasında
keçirilib. Bu barədə məlumatı ictimai birliyin sədri Vüqar Cəfərov bildirib.
Görüşdə
ictimai birliyin sədri bələdiyyənin üzv və qulluqçularına layihə barəsində, həmçinin büdcə gəlirlərinin artırılması ilə bağlı bələdiyyənin
atmalı olduğu addımlardan danışıb, öz təklif və tövsiyələri
barədə məlumat verib.
Layihənin icrası barədə danışan V.Cəfərov vergi ödəyiciləri üçün maarifləndirici
bukletin hazırlandığını və digər iki kitabın
(foto albom) üzərində iş getdiyini
qeyd edib.
Qax bələdiyyələrinin ümumi büdcə gəlirində əmlak verginin səviyyəsinin
artırlması üçün vətəndaşlarla görüşlərin intensivləşdirilməsi zəruriəti
olduğunu, bələdiyyə vətəndaşları
əmlaklarını sənədləşdirilməsinə təşviq etməli və bununla bağlı bələdiyyədən asılı
olan məsələlərə dəstək verməli olduğunu bildirib.
Təşkilat sədrinin sözlərinə görə, Qax rayonunda bələdiyyə-icra münasibətləri rayonda
sivil münasibətlər üzərində qurulub.
Qaxbaş bələdiyyəsinin sədri Rəşad Məmmədov və bələdiyyənin sədr
müavini Xalid Nəzirov çıxış edərək
bələdiyyənin fəaliyyətindən, əldə etdiyi uğurlardan və üzləşdikləri
problemlərə də toxunub. Bələdiyyənin yaxın günlərdə yeni inzibati binaya köçəcəyini,
habelə bələdiyyənin əsas problemi əmlakın sənədləşdirilməsindəki yubanmaların
olmasını qeyd ediblər.
Görüş də bələdiyyənin üzv və qulluqçuları çıxış edərək səslənən
təklif və tövsiyələrlə bağlı öz münasibətlərini
bildiriblər.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan
Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir
innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda Qax rayonunda formalaşan bələdiyyələrdə nəzərdə tutulan görüşləri davam edir.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi