“İdarə rəisi bizi günlərcə gözlədir, fəaliyyəti yoxlanılsın”
- Bələdiyyə sədrləri narazıdır
“Əmlak
Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz əmlakın
Dövlət Kadastrı və Reyestri PHŞ-nin 11 saylı Şəmkir ərazi idarəsinin rəisi
Əlağa Paşayev bizə ciddi maneələr yaradır, xidmət haqlarını qanunsuz olaraq
qabaqcadan tələb edir, sənəd qəbulu və portal üzərindən rəy alınması üçün əsas
olan sənədləşmə prosesini aylarla gecikdirir”.
Bu
iddialarla “Qafqazinfo”ya Şəmkir rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri
müraciət ünvanlayıb.
İdarə
rəisindən narazılıq edən şikayətçilərin sözlərinə görə, o, həm bələdiyyələrin,
həm də adi vətəndaşların fəaliyyətinə süni maneələr yaradır: “11 saylı Şəmkir ərazi
idarəsinin rəhbərliyi tərəfindən köhnə xəritələrə istinad edərək vətəndaşların
torpaq sənədləşməsinə əsassız imtinalar verilir, dövlət fərmanları və Nazirlər
Kabinetinin qərarlarına məhəl qoyulmur. Bundan əlavə, idarə rəisinin qəbuluna
düşmək üçün günlərcə gözləyirik, amma Əlağa müəllim bizi qəbul etmir”.
Şikayətçilər
bu cür halların vətəndaşlar arasında narazılıq yaratdığını qeyd edirlər:
“Dürüstləşməyə sənədləri göndərməmək, müraciətlərə baxılmaması və yaxud aylarla
çəkməsi, sənədləşmə işlərinin düzgün aparılmaması, sənəd qəbulu zamanı 5 gün tələb
edilən sənədlərin aylarla çəkməsi ciddi problemdir. Sənəd hazır olduqda da 5
günlüyün rüsumu alınır. Biz tələb edirik ki, Şəmkirdə kütləvi narazılıq yaradan
bu hallar araşdırılsın və Əlağa Paşayevin fəaliyyəti yoxlanılsın”.
Problemlə
bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə
ünvanladığımız sorğuya belə cavab aldıq: “Bələdiyyə mülkiyyətində olan torpaq
sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki
normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə,
istifadəyə, icarəyə verilməsinə dair rəy hazırlanması müvafiq qanunvericiliyə
uyğun həyata keçirilir.
Müraciətlərə
baxılmanın daha səmərəli, effektiv və şəffaf həyata keçirilməsi məqsədilə Əmlak
Məsələləri Dövlət Xidməti tərəfindən göstərilən xidmətlər elektronlaşdırılmaqla
torpaq sahələrinin ayrılmasına dair rəylər elektron sənəd formasında müvafiq bələdiyyələrin
şəxsi kabinetinə yerləşdirilir. Bələdiyyələrə və vətəndaşlara çıxarışların
verilməsi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma və
texniki sənədlərin tərtibi kimi işlər “bir pəncərə” prinsipi ilə həll olunur.
Bu qaydalar əsasında Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələrin
müraciətlərinə qanunamüvafiq qaydada baxılıb və sənədləşmə işləri aparılıb”.
Gülnar Əliyeva
https://qafqazinfo.az/news/detail/idare-reisi-bizi-gunlerce-gozledir-fealiyyeti-yoxlanilsin-belediyye-sedrleri-narazidir-523708
Rəylər
0 Rəy