Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-05-2025 , 00:00

698

Son xəbərlər

Bütün xəbərlər

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

Bələdiyyə sədri: "BAMS-ın verdiyi imkandan yararlanmaqla büdcə gəlirlərimizi artırmağa çalışırıq"

"Artıq fəaliyyətimizin 100 günü tamam olur.  Ötən günlərdə buraxılan səhvlərdən nəticə cıxarmaqla fəaliyyətimizi qurmağa çalışırıq"- bu fikriləri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov bildirib.

Sədrin sözlərinə görə, 100 gün ərzində əsas addımlarımızdan biri bələdiyyənin vergi-uçot sistemini təkmilləşdirmək oldu.  İlk olaraq qəsəbə ərazisində monitorinq aparmaqla kənarda qalan vergi ödəyicilərini BAMS proqramına əlavə edildi. 

Bu gün məhz bu addımlar sayəsində büdcə gəlirlərində aybaay artım hiss edilməkdədir.

BAMS-ın yaratdığı imkandan yararlanmaqla büdcə gəlirlərini daha da artırmaq niyyətindəyik.  Əldə edilən gəlirləri hesabına isə artıq bir sıra irihəcmli layihələr icra edilib.

Bu günlərdə Bakıxanov qəsəbəsi Aşıq  Pəri və Leyla Məmmədbəyova küçələrində sakinlərin müraciəti əsasında  Sabunçu RİH-in təşəbbüsü ilə Bakıxanov bələdiyyəsi tərəfindən asfalt örtüyü  çəkilmişdir.

Məqsədimiz qəsəbədə vətəndaş məmnunluğunu təmin etməkdir. Lakin bu məmnunluğa vergi-uçot sistemini düzgün qurmaqla nail olacağıq. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

ABMA- da görüş keçirilib

Bakı
07-04-2025
980

Aprel şəhidinin xatirəsi anılıb

Bakı
05-04-2025
1098