Bələdiyyə sədri: “Rayon prokurorluğu bələdiyyəyə təşəkkür məktubu göndərib”
“Nəsimi bələdiyyəsinin ərazisində hər hansı qəbirstanlıq mövcud deyil. Odur ki, bu sahədə bələdiyyə tərəfindən hər hansı formada xidmətlərin göstərilməsi mümkün deyil, lakin vəfat etmiş kimsəsiz rayon sakinlərinin dəfn prosesi qanunvericiliyin tələblərinə görə bələdiyyənin öhdəsindədir. Bununla yanaşı dəfn üzrə müavinətlərin verilməsi üçün bələdiyyəyə müraciət edən hər bir sakinə müvafiq şöbənin əməkdaşları öz diqqət və qayğısını əsirgəmir”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr
qeyd edib ki, kimsəsizlərin dəfni Nazirlər
Kabinetinin 04 dekabr 2018-ci ildə 522 saylı qərarı ilə təsdiq edilmiş “Qəbirstanlıqların
salınması və idarə olunması Qaydalarının 23.1 bəndinə əsasən vəfat etmiş kimsəsiz
rayon sakininin dəfn prosesi bələdiyyə tərəfindən həyata keçirilir və dəfn xərcləri
yerli bələdiyyə vəsaiti hesabına ödənilir. Bələdiyyə ərazisində qəbirstanlıq mövcud olmadığından
bu proses digər bələdiyyə ərazisində qəbirstanlıq sahəsində aparılır. Onu əlavə
edək ki, Qanunvericliyin tələblərinə uyğun olaraq şəxsin dini mənsubiyyəti məlumdursa,
dəfn həmin dini adət-ənənələrə uyğun icra edilir.
Bu
prosesin icrası Nəsimi bələdiyyəsində yerli sosial məsələlər daimi komissiyasının
sədri Arzu Məmmədova həvalə edilib.
Bu
günlərdə bələdiyyənin ünvanına yerli sosial məsələlər daimi komissiyasının bu prosesin
icrasında göstərdiyi diqqətə görə Nəsimi rayon prokurorluğu tərəfindən təşəkkür
məktubu daxil olub.
Sədr qeyd edib ki, bu gün bələdiyyə kollektivinin əsas məqsədi ölkə başçısının da tələb etdiyi vətəndaş məmnuniyyətinin təmin etməyə yönəlib. Odur ki, kollektivimiz bundan sonra bu və digər sahələrdə vətəndaşlarımıza – seçicilərimizə layiqli xidmətlərini davam etdirəcəklər.
Belediyye.info
Rəylər
0 Rəy