Bələdiyyə sədri: “Vətəndaşlar bəzən nə vergisini ödəməyə, nədəki mülkiyyətini sənədləşdirləsminə maraqlı olmurlar”
“Əmlak vergisinin həcmini son dörd ildə 2.6
dəfə artırmağa nail olmuşuq”- bu fikirləri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin
sədri Nigar Məmmədova bildirib.
Sədrin sözlərinə görə, bələdiyyənin vergi
xidmətinin əsas vəzifəsi bu gün büdcə gəlirlərini
artırmağa və vergi ödəyiciləri arasında maarifləndirmə işlərinə yönəlib.
Görülən işlərin nəticəsidir ki, 2020-ci ildə
89.459 manata qarşı 2023-cü ildə 238.087 manat əmlak vergisi toplanlıb. Hazırda bu istiqamətdə ciddi addımlar atılır. Qeyd edim
ki, bu rəqəm 2021-ci cildə 164.985
manat, 2022-ci ildə isə 192.889 manat olmuşdu.
Xanım sədr açıqlamasında bildirib ki, BAMS
proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin elektron bazasına inteqrasiya
edilməsi, həmçinin proqramın yenilənməsi fəaliyyətimizə ciddi dəstək verib.
Hazırda BAMS prorqamına ərazidə olan 14.044 əmlak
qeydiyyata alınıb. Proses davam edir.Əlavə edim ki, hələ 8.000-ə yaxın əmlakın
qeydiyyata alınmasıyla bağlı işlər davam edir. Çətinliyimiz ondadır ki, vətəndaşlar
bəzən nə vergisini ödəməyə, nədəki mülkiyyətini sənədləşdirləsminə maraqlı olmurlar.
Təsəvvür edin ki, ərazidə olan 24 minə
yaxın əmlakın yalnız 1.800-ü sənədlidir.
Onun da 1.235-i mənzil, 523- isə torpaq
üzrə olan mülkiyyət sənədidir. Mükliyyət
sənədlərinin olmaması büdcə gəlirlərimizə də problem yaradır.
Hazırda əldə etdiymiz maliyyə vəsaitinin bir
qismini icra və probasiya şöbəsinin dəstəyi ilə əldə edirik. Belə ki, ötən il
304 təqdim etdiyimiz aktın 246 icraya qəbul olunub. İl ərzində isə 101- i icra
edilib. Bu istiqamətdən il ərzində bələdiyyə büdcəsinə 19.354 manat daxil olmuşdur.
Hazırda bələdiyyəmizin xəritəsinin təqdim
edilməməsi, bununla yanaşı küçə adlarının və ünvanlarının verilməməsi həm
sakinlərimizə həm də fəaliyyətimizə ciddi problem yaradır. Bu problemlərin həlli həm büdcə vəsaitlərinin artmasına,
həm də vətəndaş məmnunluğunun təmin edilməsinə səbəb olacaq.
Binəqədi RİH-in təşəbbüsü ilə bir sıra layihələrin
icrasına nail olmuşuq. Hazırda bir şəhid ailəsini himayəyə götürməklə yanaşı, ərazidə
yaşayan şəhid və qazi ailələrinə və aztəminatlı ailələrə maddi və mənəvi dəstəyi
göstərməkdəyik.
Kollektivimiz var qüvvəsiylə çalışır. Əgər bələdiyyənin
ötən illərdən yığılıb qalmış 110 min manatlıq DSMF borcunu bağlaya bilmişiksə
demək bu prblemlər öz həllini tapmış olsa daha böyük uğurlara imza atmış olarıq.
Belediyye.info
Rəylər
0 Rəy