Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-07-2025 , 21:12

1377

Son xəbərlər

Bütün xəbərlər

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Həqiqət Məmmədova: “Əsas məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaqla qəsəbədə vətəndaş məmnunluğunu təmin etməkdir”           

  “2025-ci ildə müsbət nəticəyə doğru çalışdığımız yeni fəaliyyət dövrümüzün  birinci yarımili ərzində bələdiyyənin kargüzarlıq işi qanunvericiliyə uyğun qaydada təşkil olunmuş və vətəndaşların müraciətlərinə şəffaflıq prinsipi çərçivəsində baxılmışdır”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinin sədri Həqiqət Məmmədova bildirib.

 Sədr bununla bağlı bildirib ki,  Yeni Suraxanı bələdiyyəsinin ünvanına 2025-ci ilin yarımili ərzində  83 ədəd məktub daxil olmuşdur. Bunlardan; 15 ədədi Suraxanı Rayon İcra Hakimiyyətindən,     22 ədədi Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Baş idarəsindən, 46  ədədi isə digər idarə və

 2025-ci ilin yarımili ərzində  117 ədəd məktub göndərilmişdir. Bunlardan, 5  ədədi Suraxanı Rayon İcra Hakimiyyətinə,  14 ədədi Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Baş idarəsinə,  98 ədədi isə digər idarə və təşkilatlara ünvanlanıb. Altı ay ərzində  bələdiyyə rəhbərliyi tərəfindən  16 daxili əmr imzalanmış və bu müddət ərzində  mürciət edən 197  vətəndaşa  müxtəlif məzmunlu arayış təqdim edilmişdir.

 Sədr daha sonra qeyd edib ki, bələdiyyə üzvlərinin 2025-ci ilin yarımili ərzində 20 iclası keçirilmişdir. Bu iclaslarda ümumilikdə, 20 müxtəlif məsələ müzakirə edilmiş, hər biri haqqında müvafiq qərar qəbul edilmişdir. İclaslarda bələdiyyə üzvləri tam aktivlik göstərərək bütün məsələlərin müzakirəsində yaxından iştirak etmişlər. İclasın protokolları qanuna müvafiq olaraq, inzibati-nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Baş idarəsinə göndərilmişdir.

 Bələdiyyənin büdcə gəlirlərinə toxunan sədr bildirib ki, Yeni Suraxanı bələdiyyəsinin büdcə gəlirləri  altı ay ərzində  41.069  manat olmuşdur ki, ondan;  4.157  manat torpaq vergisi,  36.912  manat əmlak vergisi  təşkil etmişdir. Cari ilin altı ayı ərzində əldə edilən büdcə gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artıq deməkdir.

 Sədr sonda qeyd edib ki, əsas məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaqla qəsəbədə vətəndaş məmnunluğunu təmin etməkdir. İnanırıq ki, Suraxanı RİH-in və qəsəbə sakinlərinin dəstəyi ilə qarşımıza qoyduğumuz məqsədə çatacağıq.

 Həqiqət Məmmədova

 Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinin sədri             


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər