Bələdiyyə sədri: “Məqsədimiz qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsidir”
“Buzovna bələdiyyəsi olaraq bu gün fəaliyyətimizi sakinlərin müraciəti əsasında qururuq”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib.
Sədrin sözlərinə görə, mütəmadi olaraq sakinlərlə
keçirilən görüşlərdə qaldırılan məsələlər bələdiyyə iclasında müzakirəyə
çıxarılır. Və sakinləri daha çox narahat
edən məsələlər üzvlər tərəfindən təsdiq edilərək icra edilməsi tövsiyə edilir.
Bu günlərdə məhz vətəndaş müraciəti nəticəsində
qəsəbənin Ayna Sultanova küçəsində əvvəllər
asfalt vurulmamış 435 kv.metrlik əraziyə
asfalt vurulmuş, küçə boyu ərazilərdə təmizlik işləri həyata keçirilmişdir.
Sədr qeyd edib ki, məqsədimiz qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsidir. Həyata keçirdyimiz bütün layihələr də məhz bu məqsədə xidmət edir..
Belediyye.info