Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-07-2025 , 14:44

1890

Son xəbərlər

Bütün xəbərlər

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İxdiyar Nəcəfov: “Altı ay ərzində büdcə gəlirlərində 17.5 faizlik  artım müşahidə olunub”

“Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi tərəfindən görülmüş işlərin əksəriyyəti təqvim ilinin əvvəlində işlənib hazırlanmış və təsdiq olunmuş tədbirlər planına  müvafiq olaraq yerinə yetirilmişdir” -bu fikirləri adıçəkilən bələdiyyənin sədri İxdiyar Nəcəfov bildirib.

Sədri sözlərinə görə, eyni zamanda iş prosesində gündəlik əhalinin müraciətləri əsasında həlli vacib olan, eləcə də aidiyyatı idarə və müəssələrin tövsiyyəsi və qarşılıqlı razılaşması əsasında yerinə yetirilmiş işlərdir.

İxdiyar Nəcəfov qeyd edib ki, ötən altı ay ərzində əsasən quruculuq-abadlıq işləri, sosial yönümlü işlər, məhəllədaxili yolların abadlaşdırılması, məhəllələrdə abadlıq işlərinin aparılması, park və xiyabanlarda yaşıllıqların qorunması və artırılması, inzibati ərazidə ekoloji  vəziyyətin yaxşılaşdırması eləcə də  bələdiyyənin balansında olan park və xiyabanların abadlıq, təmizlik, yaşıllaşdırma  və yeni ağac tinglərinin əkilməsi işləri yerinə yetirilmişdir

Bələdiyyə iclaslarının gedişinə toxunan sədr qeyd edib ki, cari ilin altı ay ərzində Qaraçuxur bələdiyyəsinin 9 ümumi iclası keçirilmişdir. İclasların  gündəliyinə 35 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə, təmir-tikinti, abadlaşdırma və sair məsələlər olmuşdur.

Sədr bələdiyyənin 2025-ci ilin altı ayı ərzində görülən işlərin bəzilərini xüsusi olaraq diqqətə çatdırmağə unutmayıb:

1. 31 saylı Suraxanı ikinci DSK-nın seçki məntəqələrinə gedən yollara asfalt örtüyünün çəkilməsi.

2. Yeni Günəşli “AB” yaşayış sahəsi, bina 38 ünvanda məhəllədaxili yollarda asfalt örtüyünün çəkilməsi;

3. Bələdiyyənin inzibati binasında otaqların təmir işlərin görülməsi və bələdiyyə qulluqçuların normal fəaliyyəti üçün ofis  mebellərin alınması;

4. Qaraçuxur qəsəbəsi, Qurban Abbasov küçəsi (Mədən 4) ünvanında və  7-ci Qaraçuxur küçəsində məhəllədaxili yollarda asfalt örtüyünün çəkilməsi, habelə Vağzal küçəsindən üzü Xalqlar Dostluğu istiqamətinə gedən yol boyu və  Qaraçuxur-Zığ yolunda yol boyu çəkilmiş hasarda cari təmir işlərinin aparılması;

5. Bələdiyyənin inzibati ərazisində yaşayan az təminatlı və imkansız sakinlərə, həmçinin qazi və şəhid ailələrinə Qurban paylarının verilməsi;

6. Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 4 ünvanda Xocalı şəhidi Musayev İlqar Vaqif oğlu adına və “Şərq” yaşayış sahəsi 2704  ünvanda şəhid Həsənov Elçin Əvəz oğlu adına bulağın tikilməsi, barelyefin quraşdırılması və ətrafın abadlaşdırılması, Ramil Babayev küçəsində isə şəhid Babayev Ramil Taqət oğlu adına barelyefin quraşdırılması.

Açıqlamasında sədr qeyd edib ki, yerli vergi və ödənişlərin toplanması məsələsində vergi ödəyiciləri ilə münasibətlərin qurulması və təbliğat işinin gücləndirilməsi hesabına ötən 6 ay ərzində bələdiyyə büdcəsinə toplanan vəsaitin həcmi 216.020 manat, xərclər isə 209.174 manat təşkil etmişdir.

İxdiyar Nəcəfov sakinlərin  maarifləndirilməsinin vergi yığımının artmasında mühüm təsiri olduğunu bildirib.

Qeyd edək ki, 2024-cü ilin altı ay ərzində büdcə gəlirlərinin həcmi 183.779 manat təşkil etmişdir.

Suraxanı RİH -in daim dəstəyini hiss etdiklərini qeyd edən sədr, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə büdcə gəlirlərində  17.5 faiz artımın  müşahidə edildiyini bildirib.

Bu əsasən əmlak və torpaq vergisindən əldə olunan olan gəlirlərdir.  Büdcə gəlirlərinin artımında sözsüz ki, BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsinin, o cümlədən SMS xidmətinin istifadəyə verilməsinin əhəmiyyətli rolu olub.

Sədr əvvəlki illərlə müqayisədə dayanacaqlara görə yerli büdcəyə ödənilməli olan ödənişlərin azaldığını qeyd edib. Bu azalmaların həm obyektiv, həm də subyektiv səbəblərdən olduğunu qeyd edən sədr  vergi xidmətinə  həmin sahələrdə işləri daha da gücləndirməyi,  aidiyyatı üzrə qanunvericilik tələblərini geniş izah etməyi tövsiyyə edib.

Belediyye.info 

Rəylər

1 Rəy

Uğur isayev

19-07-2025, 3 ay əvvəl

Minnətdarıq,Təşəkkür edirik

Cavabla

Rəy yaz

Oxşar xəbərlər