Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-07-2025 , 17:36

856

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

Fərid Cəfərov: "Fəaliyyətim dövründə DSMF borcunun olmamasına çalışıram"

Sonuncu seçkidən sonra Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin hansı səmtdə inkişaf edəcəyi mənim üçün maraqlı idi. Son 15 il ərzində bank hesabı bağlı olan, üstəlik DSMF-yə kifayət qədər borcu olan bir bələdiyyənin ayaq üstə dayanması sözsüz ki, məni, özü də tək  məni yox, bütün maraqlı tərəfləri narahat edən bir məsələ idi.

Artıq yeni seçilən sədrin bir növ "yüz toxunulmazlıq günü" də tamam olmuşdu.  Odur ki, bələdiyyəni ziyarət etmək qərarına gəldim. Həmişə olduğu kimi, xəbər etmədən.   Belə bir vaxtda sədrə veriləsi çoxsaylı suallarım var idi.

Qeyd edim ki, yeni seçilən sədr Fərid Cəfərov əvvəl dövlət qulluğunda çalışıb. Bu dəfə isə seçki prosesində iştirak etnək qərarına gəlir. Və nəticədə qaliblər sırasında olmağı bacarır. Sonradan isə üzvlər bu gənc kadra etimad göstərərək onu sədr seçiblər.

Beləliklə, seçkidən təxminən beş ay sonra Biləcəri bələdiyyəsini ziyarət edirəm. Kabinetinə daxil olanda  isə  otaqda  artıq bir hərbçi var idi.  Söhbətə mane olmadan görüşüb, məndə söhbətə qoşuluram. Söhbətin hansı mövzudan getdiyini hiss etdiyimdən hərbiçi qardaşımızın qaldırdığı məsələyə məndə  obyektiv cavab verməyə çalışıram. Hiss olunurdu ki, hərbiçi qardaşımıza vəziyyəti "köhnə abu-havaya" uyğun başa salıblarmış. Nə isə...

Sədr Fərid Cəfərovla söhbətə başlayıram.  Söhbətimiz, gözləmədiyim halda  bir saatdan artıq çəkir. Onu da əlavə edim ki, binaya girişdən artıq bələdiyyədə abu-havanın istiqamətinin tamam dəyişdiyini hiss etmək olar.

"Məqsədimiz üç il ərzində bələdiyyənin əvvəlki illərdə yaranmış DSMF borcunu bağlamaqdır"-sədrin məhz bu fikirlə söhbətə başlaması diqqətimi çəkdi. Çünki illər əvvəl yaranmış bu problemin həlli mənə də maraqlı idi.

- Bunun üçün Biləcəri bələdiyyəsi konkret təsdiq edilmiş proqrama uyğun hərəkətə keçib. Az müddət ərzində 30 min manatlıq əməkhaqqı borcu və DSMF-nin 15 min manatlıq cari borcunu bağlamışıq.

Yəni bu gün bələdiyyənin DSMF borcununun artmasına imkan vermirik. Vergi xidmətinin əməkdaşları  qəsəbə ərazisində monitorinqləri davam etdirir. Yeni yaranan, əvvəlki illərdə unudulan vergi ödəyiciləri siyahılaşdırılır.   

Sədr qeyd edir ki, bələdiyyənin büdcə gəlirlərində son üç ay ərzində 20 faizlik artım müşahidə edilir. Ötən il ərzində illik 400  min manat vergi toplanılmışdı. Bu artımla gedə bilsək cari ildə 500 min manatlıq büdcə gəliri əldə edə biləcəyik.

Sədr söhbət zamanı müqayisəli şəkildə rəqəmlərə də toxunmağı unutmur. Mart ayında ötən illə müqayisədə, cari ildə 16 faiz, ötən ilin aprel ayı ilə müqayisədə, cari ildə 22 faiz, ötən ilin  may ayı ilə müqayisədə, cari ilin may ayında 23 faizə yaxın büdcəyə əlavə  vəsait daxil olub.

Sədr  pandomiya dövründə istifadə olunmayan suvbensiya layihəsinə ayrılan məbləğin bələdiyyənin borcu kimi hesablanmasının məhkəmə qaydasında ləğv edilməsini əvvəlki rəhbərliyin müsbət addımı kimi qeyd etməyi də unutmadı.

Sədr bildirir ki, fəaliyyətim dövründə DSMF borcunun olmamasına çalışıram.

Bələdiyyənin əvvəlki illərdə yığılıb qalmış borcun bağlanılması üçün ciddi addımlar atılmaqdadır.

Birincisi otelllər və dayanacaqlardan maliyyə cəlb edilməsi üçün, bələdiyyə iclasının qərarı ilə normativ-hüquqi akt tərtib edilərək Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsinə təsdiq üçün göndərilib. Bu normativ  akt hüquqi sənəd kimi öz təsdiqini tapsa, qəti əminik ki, həm ərazidə olan dörd oteldən və həm də  ərazidə olan  saysız-hesabsız dayanacaqlardan mütəmadi olaraq rüsumlar bələdiyyə büdcəsinə daxil olacaqdır.

Aparılan araşdırmalar göstərir ki, ay ərzində qəsəbə ərazisində 60-65 min manat maliyyə vəsati toplamaq şansımız var. Lakin bugünədək bələdiyyə mülkiyyətinə torpağın və əmlakın verilməməsi, xəritələri müəyyən edilməməsi, ərazidə olan əmlakın 60 faizə yaxın bir hissəsinin sənədinin olmaması fəaliyyətimizə ciddi problemlər yaratmaqdadır. Hazırda ay ərzində 40 min manat toplayırıq, lakin hədəfimiz bu rəqəmi 45-50 minə çatdırmaqdır. Müşahidələr göstərir ki, üzləşdiyimiz müəyyən problemlər öz həllini taparsa ay ərzində hətta 55-60 min manat əldə edə bilərik. Lakin bu rəqəmə çatmaq üçün hələ çox işləməliyik.

Sədr qeyd edir ki, BAMS -ın verdiyi imkandan yetərincə yararlanırıq. Amma əvvəlcə proqramda bizə aid olan  olan boşluqlarımızı aradan qaldırmağa çalışırıq. BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya olunması hesabına  400 çıxarış almışıq və daha 1000-nin  alınması üzərində iş gedir.

Bu gün qəsəbədə inventarlaşdırma aparılır və proses hələ davam edir. Bu gün vergi-uçot sistemində mövcud olmuş boşluqlar aradan qaldırılır...

***

Görünən odur ki,  yeni seçilmiş sədr fəaliyyət proqramına uyğun hərəkət edir və belə  davam edərsə, sədr  hədəfinə çatmaqla yanaşı,  həm də  bələdiyyənin borclarını bağlamaqla "tarixi bir hadisəyə" imza ata biləcək. İnanıram sədrin formalaşdırdığı kollektiv onun bu məqsədə çatmasına öz dəstəyini əsirgəməyəcək. Ona da inanıram ki, sədrin  vaxtı ilə çalışdığı Binəqədi RİH-də bələdiyyəyə dəstəyini əsirgəməməklə, bu qurumun üzləşdiyi çətinliklərin həllində bundan sonra da öz töhfəsini vermiş olacaqdır.

Beləliklə, bələdiyyədən böyük ümidlə ayrılıram.  Bütün hallarda bizə yalnız kollektivə uğurlar arzulamaq qalır.

Vüqar Tofiqli

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər