Sevinc Atayeva: “Cari ildə Şağan bələdiyyəsinin bütün fəaliyyəti vətəndaş müraciətlərinin icrasına yönəldilib”
“Bu gün Şağan bələdiyyəsinin əsas məqsədi qəsəbədə vətəndaş məmnunluğunu təmin etməkdir”- bu fikirləri Xəzər rayonu Şağan Bələdiyyəsinin sədri Sevinc Atayeva bildirib.
Sədr bildirib ki, vətəndaş məmnunluğunu təmin etmək üçün ilk növbədə büdcə vəsaitlərinin həcmini artırmaq tələb olunur. Bələdiyyənin əvvəlki illərdən yığılıb qalmış DSMF və digər borclarının olması isə nəticə etibariylə bələdiyyənin üzləşdiyi çətinliyi bir xeyli artırmış oldu.
Ancaq bələdiyyə iclasında büdcə vəsaitlərinin artırılması üçün var qüvvə ilə çalışmaq qərara alındı. Üstəlik yenilənmiş BAMS-proqramı da büdcə vəsaitlərini artırmağa imkan verdi.
Nəticədə bələdiyyənin əsas maliyyə istiqaməti olan əmlak və torpaq vergisinin həcmini 2020-ci illə müqayisədə 100 faizədək artırmış olduq.
Əgər 2020-ci ildə torpaq vergisi 4.862 manat, əmlak vergisnin həcmi 18.916 manat təşkil etmişdisə, bu rəqəm 2023-cü ildə müvafiq olaraq 7.279 manat və 34.360 manat olub.
Ümumilkdə isə Şağan Bələdiyyəsinin 2023-cü il ərzində büdcə gəlirləri 6000 manatlıq dotasiya ilə birgə 48.182 manat təşkil edib.
Məhz atılan addımlar sayəsində bu gün bələdiyyənin DSMF və digər borcları bağlanmışdır. Bununla yanaşı artıq əldə olunan vəsait hesabına qəsəbə ərazisində müəyyən layihələrin icrasına başlamışıq.
Cari ildə isə bütün fəaliyyətimiz vətəndaş müraciətlərinin icrasına yönəldilib. Bununla yanaşı bələdiyyənin vergi xidmətinin müfəttişləri vergi ödəyiciləri arasında ciddi cəhdlə maarifləndirici söhbətlər aparır və görüşlər keçirirlər.
Belediyye.info
Rəylər
0 Rəy