Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-11-2026 , 18:33

97

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov:  “Şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərmək Maştağa bələdiyyəsi üçün daim prioritet məsələ olub”

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə misilsiz şücaət göstərən igid oğullarımızın adları xalqımızın yaddaşında əbədi yaşayır.

Müzəffər hərbçilərimizdən biri — Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülmüş leytenant Koroğlu İsmayıl oğlu Rəhimovdur. 

Bu fikirləri Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərmək, onların ailə üzvlərinin qayğılarına həssaslıqla yanaşmaq Maştağa bələdiyyəsi üçün daim prioritet məsələ olmaqla, həm də  mənəvi borc hesab olunur.

Bu mənəvi məsuliyyəti rəhbər tutaraq, Milli Qəhrəmanın həyat yoldaşı Aybəniz xanım Rəhimovanın bələdiyyəmizə etdiyi müraciət dərhal nəzarətə götürülmüşdür. Bələdiyyə iclasının 03.11.2026-cı il tarixli, 22 saylı qərarına əsasən:

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi (1-ci kvartal), Elşən Mehdiyev küçəsində 06.11.2026-cı il tarixlərində 325 metr uzunluğunda və 6 metr enində olan (ümumi 1950 m²) məhəllədaxili yol xüsusi texnika ilə hamarlanmış, karbonat və şeben materialı yayılaraq sıxlaşdırılmışdır. Nəticədə küçə sakinlərin, eləcə də piyada və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün tam yararlı vəziyyətə gətirilmişdir.

Vətən uğrunda canından keçən qəhrəmanlarımız unudulmur, onların bizlərə əmanəti olan ailələrinə hörmət və ehtiram daim yaşadılacaqdır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər