Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-11-2026 , 23:53

119

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Zabrat qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Sabunçu rayonunda ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması istiqamətində növbəti tədbir həyata keçirilib.

Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Zabrat bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbənin Gültəkin Əsgərova küçəsində ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abbas Zeynalov, Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Həmid Qallayev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, eləcə də hər iki qurumun əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində ərazidə müxtəlif növ ağac tingləri əkilərək küçənin yaşıllıq örtüyünün genişləndirilməsinə töhfə verilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların sağlam inkişafı və gələcəkdə ərazinin ekoloji vəziyyətinə müsbət təsir göstərməsi üçün zəruri tədbirlər görülüb.

Qeyd edək ki, bu cür yaşıllaşdırma aksiyaları ətraf mühitin qorunması, ekoloji mədəniyyətin yüksəldilməsi, yaşayış məntəqələrinin daha da abadlaşdırılması və gələcək nəsillərə sağlam, təmiz mühitin ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası həm də Vətənə sevginin, quruculuq əzminin və doğma torpağa bağlılığın təcəssümü kimi xüsusi məna daşıyır.

 Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər