Zabrat qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Sabunçu rayonunda ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması istiqamətində növbəti tədbir həyata keçirilib.
Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabunçu Rayon
İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin
və Zabrat bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbənin Gültəkin Əsgərova küçəsində
ağacəkmə aksiyası təşkil olunub.
Aksiyada Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Abbas Zeynalov, Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin
rəhbəri Həmid Qallayev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, eləcə də hər
iki qurumun əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində ərazidə müxtəlif növ ağac tingləri əkilərək
küçənin yaşıllıq örtüyünün genişləndirilməsinə töhfə verilib. Əkilən ağaclara
aqrotexniki qulluq göstərilib, onların sağlam inkişafı və gələcəkdə ərazinin
ekoloji vəziyyətinə müsbət təsir göstərməsi üçün zəruri tədbirlər görülüb.
Qeyd edək ki, bu cür yaşıllaşdırma aksiyaları ətraf mühitin
qorunması, ekoloji mədəniyyətin yüksəldilməsi, yaşayış məntəqələrinin daha da
abadlaşdırılması və gələcək nəsillərə sağlam, təmiz mühitin ötürülməsi
baxımından mühüm əhəmiyyət daşıyır.
Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası həm də Vətənə
sevginin, quruculuq əzminin və doğma torpağa bağlılığın təcəssümü kimi xüsusi məna
daşıyır.
Rəylər
0 Rəy