Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-11-2026 , 00:49

75

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Binəqədidə ağacəkmə aksiyası keçirilib


Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon Bələdiyyəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” və 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Aksiya 7-ci mikrorayon Abay Kunanbayev küçəsi 18 ünvanında olan məhəllə parkında keçirilib.

Ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması məqsədilə təşkil olunan aksiya çərçivəsində əraziyə 90 ədəd Eldar şamı əkilib.

Ağacəkmə aksiyası ölkəmizdə həyata keçirilən ekoloji təşəbbüslərə töhfə verməklə yanaşı, daha sağlam, təmiz və yaşıl şəhər mühitinin formalaşdırılmasına xidmət edir.

Unutmayaq ki, əkilən hər bir ağac gələcək nəsillərə bəxş etdiyimiz sağlam həyat və təmiz gələcəkdir!



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər