Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-10-2026 , 01:24

89

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Qurultay ərəfəsində arzum budur ki,…”


“Azərbaycan xalqı bu gün mühüm bir tarixi siyasi hadisənin astanasındadır.  Bu günlərdə Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının növbəti qurultayı keçiriləcək. Məndə YAP-ın Nərimanov təşkilatının ilk təsis konfrasının iştirakıçısı olaraq belə mötəbər siyasi bir tədbirə iştirakımdan çox məmnunam”- bu fikirləri 22 il ərzində YAP-ın Nərimanov təşkilatının sədri olmuş, hazırda isə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri olan Təmraz Tağıyev deyib.

Təmraz Tağıyev qeyd edib  ki,  Yeni Azərbaycan Partiyası ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə mövcud olmuş mürəkkəb siyasi vəziyyətin yaratdığı, habelə dövrün təxirəsalınmaz tələbindən irəli gələrək xalqımızın arzu və istəklərinin tərənnüm edən bir partiya olaraq yaranıb.

Məlum olduğu kimi, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət ziyalı qrupu ulu öndər Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan edib. 24 oktyabr 1992-ci il tarixində Naxçıvan Ali Məclisinin sədri işləyən Heydər Əliyev bu müraciətə müsbət cavab verərək təklifi qəbul edib.

21 noyabr 1992-ci il tarixində isə Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvan şəhərində keçirilib və 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilib.

Bununla bağlı maraqlı məqama toxunan Təmraz Tağıyev bildirib ki, 1992-ci ilin noyabr ayından başlanan siyasi proseslər az müddət ərzində  genişlənərək paytaxt  Bakı şəhərində  YAP-ın ilk təsis konfrasının keçirilməsi zəruriətini yaratmış oldu. 28 yanvar 1993-cü il tarixində müxalifətdə olan partiyanın vətənərvər üzvlərinin dəstəyi ilə  çətinlik və siyasi represiyalara sinə gərərək  ilk olaraq Nərimanov rayon təşkilatının təsis konfransı keçirildi. Təsis kofransı məşhur 91-lərdən olan mərhum Kərim Kərimovun təşkilatçılığı ilə və o illlərdə Nərimanov rayonunda yerləşən “Elektromexanika” İnstitutunun direktoru işləyən Haşım Musayevin yaxından iştirakı ilə baş tutmuşdu. 

YAP-ın Nərimanov təşkilatının ilk təsis yığıncağının iştirakçısı olaraq deyə bilərəm ki, YAP yaranmasıyla xaos və hərc mərcliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almağa və məhv olmaq təhlükəsi ilə üz-üzə olan dövlətimizi xilas edilməsində yeni inkişaf dövrünün başlamasına səbəb oldu.

Sonrakı dövrdə ölkəmizdə gedən siyasi proseslər bir daha göstərdi ki, YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət idi. O zamankı hakimiyyətin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. 

Təmraz Tağıyev vurğulayıb ki, “mənim 1992-ci ilin aprel ayında Milli Məclisin qarşısında “121-ci maddənin 2-ci bəndinin, “Yaş senzi” ilə bağlı keçirilən mitiniqdə iştirakımdan başlayaraq bütün siyasi fəaliyyətim bu günədək Vətənimə, dövlətimə və ulu öndərin qurub yaratdığı Azərbaycanın inkişafına yönəlib. Bu gün YAP-ın Nərimanov rayon təşkilatının yaranmasında bir əsgər kimi iştirakımla fəxr edirəm”.

O agır və gərgin illərdə bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər.

Bu gün Ulu öndər Heydər Əliyevin layiqli  davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımızın  erməni işğalından azad edilməsiylə bağlı atdığı addımlar, ölkəmizin inkişafına söykənən səmərəli fəaliyyəti nəticəsində yüz minlərlə   üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanması da tarixi faktdır.

Təmraz Tağıyev qeyd edib ki, “Ulu öndər bizə üç əmanət qoyub: Azərbaycan dövlətini, Yeni Azərbaycan Partiyasını və Prezident İlham Əliyevi.  Vətənini və dövlətini sevən hər bir şəxs bu əmanəti qorumalı və onun daha böyük zirvələri fəth etməsinə öz dəstəyini göstərməlidir.” 

Təmraz Tağıyev bildirib ki, Ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan bu gün özünün yüksək inkişaf mərhələsini yaşayır. Onun sözlərinə görə, Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə böyük nailiyyətlərə imza atır. “Bu gün ölkəmiz hərtərəfli surətdə inkişaf edir. Qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyevin böyük, parlaq ideyaları dayanır. Hazırda Azərbaycan dinamik inkişaf edən, beynəlxalq müstəvidə söz sahibi olan dövlətdir”. 

Qurultay ərəfəsində arzum budur ki, Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də zamanın çağırışlarına uyğun inkişaf etsin, yeni ideyalarla zənginləşsin və cəmiyyət qarşısında üzərinə götürdüyü məsuliyyəti layiqincə davam etdirsin.


Rəylər

0 Rəy


Rəy yaz